Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı Yohannes Hanın Azərbaycana səfəri zamanı “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək. Bu barədə cümə axşamı Trend-ə Y.Han özü məlumat verib.
Komissar bildirib: “Mən apreldə Riqada “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin növbəti zirvə toplantısına qədər Azərbaycana səfər etmək niyyətindəyəm”.