Aslan İsmayılov
Dünən dostum Azərin oğlu Mahmudun nişan məclisinə getdim. Məclis boyu Azərin, anası Dilarə xalaya, hansı nəvaziş, qayğı göstərdiyini yəqin sezməyən olmadı. Mənim üçün isə ən təsiredici məqam həmin anlarda Azərin həyat yoldaşının bu səhnəni hansı təbəssümlə izləməsi idi. Sanki ana yeganə oğlunun sevgilisinin boynuna sarıldığını seyr edib sevinirdi. Dərhal yadıma bundan bir neçə saat əvvəl rus dilində oxuduğum, mənə çox təsir etmiş, yazı düşdü.
Gördüyüm səhnənin təsirindən təbrik sözü deyərkən elə məclisdə həmin yazını oriqinalı ilə birlikdə tərcümə edib paylaşacağıma söz verdim.
“Onun həyat yoldaşı başqa xanımla görüşməyini təkid etdi.
İkinci görüşdən əvvəl heç kimin gözləmədiyi baş verdi.
21 illik evlilikdən sonra mənim həyat yoldaşım istədiki mən başqa bir qadını əvvəl kinoya, sonra isə gözəl bir restorana dəvət edim. O dedi: “Mən səni sevirəm və bilirəm ki başqa bir qadın da səni sevir və o səninlə vaxt keçirməyinə çox şad olar”
Bu başqa qadın özgə birisi deyildi, artıq 19 ildir dul olan öz anam idi. Çox təəssüf ki, mənim bütün zamanımı iş və ailəm alırdı.Ona görə də ona çox az az baş cəkirdim. Bu axşam mən anama zəng etdim ki, onu kinoya ve şam yeməyinə dəvət edim.O soruşdu “Səndə hər şey yaxşıdır?” Menim anam o insanların cərgəsindədir ki, gərək nə isə baş versin ki, ona zəng etsinlər və harasa dəvət etsinlər. Men cavab verdim: “Mən sadəcə düşündüm ki, bir yerdə bir az vaxt keçirmək hec də pis olmazdı” O, bir neçə saniyə düşündü və cavab verdi “Hə, çox yaxşı olardı”
Bu cümə günü mən işdən anamın evinə gedərkən çox həyəcanlanırdım. Evə daxil olanda hiss etdim ki, anam da həyəcanlanır.O, qapıda palto geyinmiş, dayanmışdı. Onun əynində axırıncı dəfə qızıl toyuna geyindiyi donu var idi, saçları isə yığılmış vəziyyətdə idi. Anam dedi: “Mən rəfiqələrimə bu gün oğlumla görüşə gedəcəm dedim və bu görüş haqqında onlara hansı təəsüratları danışacağımı gözləyirlər”
Biz bahalı deyil, daha çox rahat olan bir restorana getdik. Biz oturanda mən anama menyunu üzündən oxumaq istədim, cünki, belə balaca hərfləri o çox çətin görərdi. Mən menyunu oxuyarkən başımı qaldırdım ve anamın mənim üzümə nostalji gülümsəmə ile baxdığını gördüm. Anam dedi:“Sən uşaq olanda, mən sənə menyu oxuyardum”.
Biz yemək zamanı o qədər çox söhbət etdik ki, hətta kinonu belə unutduq. Biz evə gəldik və anam mənə dedi: “Mənə çox xoş olar səninlə yenidən belə görüşmək, amma bu dəfə mən səni dəvət edəcəm.” Evimə gəldim və həyat yoldaşım görüşümüzün necə keçdiyini soruşdu. Mən isə cavab verdim: “Gözəl keçdi, mən gözlədiyimdən də artiq”
Bir neçə gündən sonra anam ürək dayanmasından rəhmətə getdi. Bir az keçmiş mənə içində həmin restoranın qəbzinin surəti olan bir zərf gəldi. Məktubda yazılmışdır: “Mən hesabı əvvəlcədən ödəmişəm. Mən arxayın deyildim ki, gələ biləcəm ya yox, ona gorə də ikinizin yerinə – həm sənin həm də həyat yoldaşının hesabını ödəmişəm. Sən bilmirsən ki, həmin gecə mənim üçün nə demək idi. Mən səni çox sevirəm, oğlum”
Və o saniyə mən başa düşdüm ki, əlində fürsət varkən sevdiyini demək və sənə əziz olan insanlarla vaxt keçirmək necə vacibdir.
Ailədən vacib hec nə yoxdur. Əzizlərinlə keçirdiyin hər dəqiqəni dəyərləndir.Və onlarla görüşünü sonraya saxlama. O sonra baş tutmaya bilər”.
Rus dilində buradan oxuya bilərsiniz.http://ofigenno.cc/istoriya-pro-mamu
P.S. Yəqin ki, nə qədər həyat movcud olacaq məhəbbət mövzusu da yaşayacaq. “Kimi daha çox sevirsən sualı” da uşaqlıqdan hər kəsin qarşısında qoyulacaq. Zənnimcə ən böyük məhəbbət kişi ilə xanım (qadın) arasındadır. Bu məhəbbətin zirvəsində isə ananın oğula və oğulun anaya olan məhəbbətidir. Mənim üçün yeganə dartışılmayan mövzu budur. Kişilər xanımlar qədər həssas olmadıqlarından oğulun anaya qayğısında həyat yoldaşlarının rolu əvəzedilməzdir. Ana ilə oğulun məhəbbətinə dayaq olan həyat yoldaşları isə müqəddəsdirlər.