Rusiyanın Birinci kanalında təşkil olunan tok-şouda Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko nəzərdə tutulan ssenarini pozub. Studiyaya Ukrayna gerbi əks olunan köynəkdə gələn deputat bildirib ki, Ukrayna xalqı sülh istəyir, sülhə yeganə təhlükə isə «14 illik hakimiyyətindən dəli olan Vladimir Putindir».
Qonçarovun çıxışı verilişin aparıcılarını da qorxudub və onlar qonağa axıra qədər danışmağa imkan verməyiblər.
azadlıq.info