“Qazprom” şirkəti işçi heyətinin 25%-i ixtisar etməyə hazırlaşır. İxtisar əsas və törəmə şirkətlə də aid ediləcək. Bu barədə İnterfaks məlumat yayıb. Konsernin bölmələrinə ilin sonuna qədər yeni ştat cədvəli ilə bağlı təkliflər təqdim etmək tapşırılıb.
2013-cü ildə “Qazprom”un işçi heyəti 459,5 min nəfər idi. Sonuncu dəfə ixtisar 2008-ci ildə həyata keçirilib. O zaman 16% işçi ixtisara düşüb.
Bəzi məlumatlar görə, ixtisara düşən işçilərin kənd təsərrüfatı sahəsinə cəlb edilməsi nəzərdə tutulub.
azadlıq.info