“Facebook”, xəbərdarlıq etmədən istifadəçilərinin hesabını bağlayır. Belə ki, “Facebook” , istifadəçiləri arasında soyadını və ya orijinal adını istifadə etmədiyini təyin etdiyi halda, hər hansı xəbərdarlıq etmədən həmin istifadəçinin hesabını bağlayır. Bu vəziyyətdə Facebook hesabınıza girmək istədikdə, ingilis dilində yazılmış bu xəbərdarlıqla qarşılaşacaqsınız : “It looks like the name on your Facebookaccount may not be your authentic name. We ask everyone to use the name they go by in real life so friends know who they’re connecting with.”
“Facebook hesabınızdakı adın gerçək adınız olmadığı aydın oldu. Yoldaşlarının kiminlə ünsiyyət qurduğunu anlaması üçün hər kəsə gerçək həyatdakı adlarını istifadə etməsini təklif edirik”.
Bu yazının altında isə şəxsiyyət, sürücülük vəsiqəsi və ya pasportunuzun fotoşəkilini çəkib yükləməniz tələb edilir və “Facebook qrupu” nu şəxsiyyətinizin doğruluğuna inandırdıqdan sonra hesabınızın geri qaytarılması mümkün olur.