Baş direktor Süleyman Ünal ANS-ə eksklüziv açıqlama verdi
Son günlər “Zaman – Azərbaycan” qəzetinin baş direktorun Azərbaycandan qaçdığı barədə xəbərlər ölkə mediasinin gündəmini zəbt edib. Amma sonra məlum oldu ki, Süleyman Ünal artıq Bakıdadır və o 10 gün müddətində Azərbaycanda olmayıb. Baş direktor sadəcə ailəsi ilə görüşməyə getdiyini söyləyib.
ANS-ə eksklüziv açıqlamasında baş direktor Süleyman Ünal nurçuluğun nə olduğunu bilmədiyini açıqlayıb.
O da məlum olub ki, əslində “Zaman – Azərbaycan” qəzeti ayrıca Zaman şirkətinin bir qoludur.
“Bəhs etdiyiniz nurçuluq nə olduğunu bilmirəm açığı. İddia etdikləri nədi və bunun qəzetlə nə əlaqəsi var onu da bilmirəm. Mən 5 ildir ki, Azərbaycandayam və bunu açıq söyləyirəm: bu vaxta qədər heç bir təzyiqlə rastlaşmamışıq. Bu Türkiyədəki hadisələrlə əlaqədar nə isə nəzərdə tuturlarsa, bu vaxta qədər bizə hər hansı bir şəkildə heç nə gəlmiyib”- deyə Süleyman Ünal bildirib.