Almaniya kansleri Angela Merkel bildirib ki, Rusiya Ukraynaya münasibətdə siyasətini dəyişməsə, Moskvaya qarşı gələcək iqtisadi sanksiyalar qaçılmazdı. Almaniya hökumətinin başçısı bu böhranın həlli üzərində işlədiklərini, lakin Ukraynanın ərazi bütövlüyünün davamlı olaraq pozulduğunu deyib. Merkelin sözlərinə görə, Rusiya Ukraynada münaqişənin həlli üçün yetərincə səy göstərməyincə sanksiyalar və cəza tədbirləri zəruri və qaçılmaz olacaq.
azadliq.info