“Azadlıq” qəzetinin şöbə müdiri, “Azərbaycan Saatı” proqramının aparıcısı, siyasi məhbus Seymur Həzi dostlarına məhbəsdən məktub yazıb. Jurnalist məktubunda əhvalının yaxşı olduğunu bildirib və onu müdafiə edənlərə təşəkkür edib.
“Əhvalım çox əladır. Tarixə uduzmuşlar bizə qalib gələ bilməzlər! Mənim üçün bir dəfə də olsa, dəstək ifadə edən hər kəsə təşəkkürümü çatdırıram.
Başımızın uca olması üçün başımı heç nəyə görə əymədim, əymərəm də. Dostlar, bu, çox gözəl günlərdi. Mən böyük sıxıntıdan qurtardım. Azadlığımı tapdım. Onun nə demək olduğunu anladım!”.