“Falkon” tipli təyyarə uçuş zolağında qartəmizləyən maşınla toqquşub
Moskvanın “Vnukovo” aeroportunda kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində Fransanın “Total” neft şirkətinin prezidenti Kristof de Marjeri ölüb.
“Bu gecə “Falkon” tipli təyyarə uçuş zolağında qartəmizləyən maşınla toqquşub. Təyyarədə olan 3 ekipaj üzvü və sərnişin ölüb. Mən sərnişinin “Total” şirkətinin rəhbəri Kristof de Marjeri olduğunu təsdiqləyirəm”, deyə “Vnukovo” aeroportunun nümayəndəsi Yelena Krılova bildirib.
Ölənlərin hamısı Fransa vətəndaşıdır.
Aeroportun fəaliyyəti artıq bərpa olunub.
Təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi başlanıb. (APA)