Azərbaycan Hüquqşünaslar Assosiasiyasının rəhbəri Ənnağı Hacıbəyli bu gün Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb və şahid kimi dindirilib.
Ənnağı Hacıbəyli azadliq.info-ya açıqlamasında deyib ki, onu bəzi beynəlxalq təşkilatlar və Azərbaycanın QHT-ləri ilə bağlı açılmış cinayət işi üzrə şahid kimi dindiriblər. Ona rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, aldığı qrantlar barədə suallar verilib. Dindirmə qısa çəkib və təşkilat rəhbərinə deyilib ki, ifadə verməyə yenidən çağırılacaq.