Maydan hadisələri Putinin ambisiyalarına ciddi zərbə vurub. Ona görə də Ukraynanıın şərqində müharibəyə başlayıb. Bunu CNN-ə müsahibəsində tanınmış dövlət xadimi və politoloq Zbiqev Bzejinski deyib.
«Heç bir şübhə yoxdur ki, Ukraynadda (Avromaydanda) baş verənlər onun şəxsi və beynəlxalq ambisiyalarına, yəni adını Avrasiya İttiaqı qoyduğu SSRİ-ə bənzər qurumu yaratmaq istəyinə ciddi zərbə vurub. Rusiya onun üçün vacib ölkələr olan Ukrayna və Belarusun, həmçinin digər keçmiş sovet respublikalarının dəstəyi ilə Rusiya İmperiyasında və SSRi-də olduğu kimi dominant qüvvə olmaq istəyirdi», – deyə Bzejinski qeyd edib.
Bzejinskinin sözlərinə görə, Ukraynanın bu yolla getmək istəməməsi Putinin planlarına ciddi problem yaratdı və igər ölkələr üçün nümunə oldu. «Belarusda keçirilən son görüşdə Qazaxıstanın, Özbəkistanın tərəddüdləərinə baxın. Digər tərəfdən Qərb var. Düşünürəm ki, biz Putini onun düşüündüyü yolu sona qədər gedə bilməyəcəyinə çox ləng inandırırıq. Biz bir qədər tez hərəkət etməli və Ukraynaya daha ciddi dəstəyi təmin etməliydik», – deyə Bzejinski vurğulayıb.
azadlıq.info