“Azadlıq” qəzetinin şöbə müdiri və “Azərbaycan saatı” televiziya proqramının redaktoru Seymur Həzi avqustun 31-də Abşeron rayon Polis İdarəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. Bu barədə “Azadlıq” radiosuna Seymur Həzinin atası məlumat verib.
“Biz az əvəl Abşeron polisinə getmişdik, Seymura yemək aparmışdıq. Dedilər ki onu artıq Kürdəxanı təcridxanasına aparıblar. İndi yoldayıq ora gedirik”.
Seymur Həzini avqustun 29-da Abşeron polisi saxlayıb. O “xuliqanlıq”da ittiham olunur.
Seymur Həzi Ceyranbatan qəsəbəsində evdən çıxarkən Məhərrəm Həsənov adlı bir nəfər ona yaxınlaşıb və facebooka yazdığıqlarına niyə cavab vermədiyini soruşub, daha sonra onu vurmağa başlayıb. Bu zaman o, özünü qorumaq məqsədi ilə əlindəki butulka ilə həmin şəxsi vurub. Daha sonra isə polislər onu saxlayıb. Avqustun 30-da Abşeron Rayon məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.