Dünyanın brend markaları siyahısında yer alan Avropa şirkətləri və onların sahiblərinin varidatı açıqlanıb. Siyahıya yalnız Avropa markalarının sahibləri daxil edilib. “Zara” “H & M” və “Lidl” kimi brendlər Avropanın ən zəngin insanlarına məxsusdur. MDB ölkələrindən isə yalnız Rusiya şirkəti “Metalloinvest”in sahibi Alişir Usmanov və Ukraynanın “SCM Holdings” kampaniyasının sahibi Rinat Axmetov düşüblər. Siyahıya Qərbi Avropa ölkələrindən olan şəxslər başçılıq edir. Sonlarda isə əsasən Şərqi Avropa brendləri yer alıb.
1-ci yerdə Avropanın tanınan brendi “ZARA” geyim markasının sahibi ispan Amansio Ortega gəlir. Onun varidatının 62 milyard dollar olduğu bildirilir.
2-ci yerdə 37 milyard dollarla fransız “Loreal” parfumeriya brendinin sahibi Lilian Betankurtdur.
3-cü yer: “H & M” (İsveç) Stefan Person – 32 milyard dollar.
4-cü yer: “Ferrero” (İtaliya) Mişel Ferrero – 27 milyard dollar.
5-ci yer: “Lidl” (Almaniya) Diter Şvarts- 21 milyard dollar.
6-cı yer: “Metalloinvest” (Rusiya) Alişir Usmanov – 19 milyard dollar.
7-ci yer: “Shapoorji Pallonji” (İrlandiya) Palloonci Mistri-15 milyard dollar.
8-ci yer: “Frontline” (Şimali Kipr) Con Frederiksen- 15 milyard dollar.
9-cu yer: “GROSVENOR” (İngiltərə) Cerald Qrosvenor -13 milyard dollar.
10-cu yer: “SCM Holdings” (Ukrayna) Rinat Axmetov – 12.4 milyard dollar.
11-ci yer: “Serono” (İsveçrə) Ernesto Bertarelli – 12 milyard dollar.
12-ci yer: “Heineken” (Hollandiya) Şarlen de Karvalyo Hayneken – 11 milyard dollar.
13-cü yer: “Česká pojištovna” (Çex Respublikası) Petr Kelner – 11 milyard dollar.
14-cü yer: “Lego” (Danimarka) Kyeld Kirk Kristiyansen – 10 milyard dollar.
15-ci yer: “Red Bull” (Avstriya) Dietrix Mateşits – 9 milyard dollar.