Davudoğlu həm də AKP-nin yeni sədri olacaq
Türkiyədə Rəcəb Tayyib Ərdoğan prezident seçiləndən sonra bir müddətdir ki, baş nazir postu boş qalıb. Bu postunun yeni sahibinin kimliyi bəlli oldu. Ərdoğan hakim Ədalət və Inkişaf Partiyasının (AKP) 20 avqust toplantısında partiyanın baş nazir vəzifəsinə namizədinin adını açıqlayıb. Əvvəlcədən də gözlənildiyi kimi, bu namizəd xarici işlər naziri Əhməd Davudoğlu olub.
Davudoğlu baş nazir postu ilə yanaşı, həm də AKP-nin yeni sədri olmağa da namizəddir.
AKP-nin avqustun 27-də keçiriləcək qurultayında Davudoğlunun yeni vəzifəsi rəsmiləşəcək.
azadliq.info