Moscow Times qəzeti Avropa Birliyinin və ABŞ-ın Rusiyaya qarşı sanskiyaları barədə yazır ki, Avropanın nağd pulu olmasa, Rusiya biznesi batacaq. Qərbin yeni sanksiyaları Rusiya şirkətlərinin və banklarının borc ala bilməsini məhdudlaşdırır, bu isə o deməkdir ki, onlar həmin pulu daha yüksək faizlə tapa biləcəklər. Rusiyada belə bir fikir var ki, sanskiyalar bəlkə də yaxşıdır, çünki Rusiya məcbur olub, lazım olan sahələri özü inkişaf etdirəcək. Ancaq qəzet hesab edir ki, bu, işləməyəcək. Kreml Rusiyanı Cənubi Koreya və ya Tayvan kimi dinamik inkişaf edən dünya səviyyəli ölkə görmək istəyir, ancaq qəzet hesab edir ki, Rusiya Cənubi Koreya yox, Argentina olacaq. Argentina kimi yuxulu, bahalı və keçmişdən ayrıla bilməyən ölkəyə çevriləcək.
azadliq.org