Rusiya müxalifət liderlərindən olan Boris Nemtsov Avropa Məhkəməsinin onunla bağlı çıxardığı qərardan yazıb. Facebook statusunda Nemtsov Avropa Məhkəməsində Putin və onun nəzarətində olan məhkəmələrdə qalib gəlməyin mümkün olduğunu deyir. “3,5 il sonra Strasburq Məhkəməsi 2010-11-ci il Yeni il gecəsində mitinq zamanı həbsimin, təkadamlıq kamerada saxlanılmağımın və Tver məhkəməsində mühakimə olunmağımın tamamilə qanunsuz olduğunu təstiq edib. Indi hökumət mənə 26 min avro və əlavə 2500 ödəməlidir. Bu əlbəttə 50 mlrd dollar deyil. Ancaq məsələ pulda deyil. Əsas presedentdir – dinc etiraz aksiyalarının yüzlərlə iştirakçılarını həbs edirlər. Bu günki qərar təkcə məni deyil, minlərlə insanı müdafiə edir”, – deyə Nemtsov qeyd edib.