İsmayıl Haniyənin öldürülməsi təklifinə Netanyahu etiraz edib
Dünən İsraildə hökumətin iclasında ilginc təklif irəli sürülüb. Güc nazirlərindən biri təklif edib ki, Qəzzada HAMAS liderlərindən olan İsmayıl Haniyə və Musa Abu Marzuk aşkar edilərək öldürülsünlər. Amma baş nazir Benyamin Netanyahu buna sərt etiraz edib və məsələnin müzakirəsini gündəlikdən çıxarıb. (Xəbər azadlıq.info-ya özəl olaraq çatdırılıb). Maraqlıdır ki, bu gün Qəzzada İsmayıl Haniyənin evi dəqiq raket atəşləri ilə darmadağın edilib. Bununla yanaşı İsrail kəşfiyyatı İsmayıl Haniyənin evdə olmadığını dəqiq bilib.
Yeri gəlmişkən, İsmayıl Haniyə ilə bağlı bu zamana qədər aşkar edilməmiş məlumatı ilk dəfə “Azadlıq”da təqdim edirik. İsrailin qatı düşməni olan İsmayıl Haniyənin 3 bacısı İsrail ərazisində yaşayır və onların hər üçü İsrail vətəndaşlarıdır. İsrail hökuməti onların yaşadığı yerləri qapalı məlumatlar sırasına daxil edib.
azadlıq.info