“10 milyon veririk…”
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan bir neçə gün qabaq Başakşəhər Fatih Terim stadionunun açılışında forma geyərək meydana çıxması və ilk 15 dəqiqədə 3 qol vurması ilə hələ də gündəmdədir.
“Gənclərbirliyi” klubunun və Klublar Birliyinin prezidenti İlhan Cavcav jurnalistlər qarşısında Ərdoğanın həmən oyunda göstərdiyi keyfiyyəti tərifləyib. Cavcav bildirib ki, Ərdoğan siyasətdə göstərdiyi uğuru futbolda da göstərdi. “Baş nazir vurduğu 3 qolla böyük qolçu olduğunu göstərdi. Futbolu yaxşı bilir. Yaxşı qol vurmaq bacarığı var. Xüsusilə ayağının çölü ilə və qapıçının başı üzərindən vurduğu qolları heç bir çox professional futbolçular da vura bilməz. “Gənclərbirliyi”nin də bir qolçuya ehtiyacı var. Baş nazirimizə 10 milyon avro transfer təklifi edirəm. Bizim formamızla daha çox qol vurar və biz çempion olarıq”, – deyə klub prezidenti bildirib.
azadliq.org