ABŞ prezidenti Barak Obama Ramazan bayramı münasibətilə müsəlmanları təbriki edib. ABŞ-da, eləcə də dünyanın dörd bir tərəfində müsəlmanların Ramazan bayramını qeyd etdiyini vurğulayan Obama, özü və xanımı Mişel adından ən xoş diləklərini çatdırıb:
“Ramazan ayı – oruc, ruhun təmizlənməsi və yoxsullara kömək zamanıdır. Bu ayda insanlıq olaraq bizi birləşdirən dəyərlər xatırlanır.
Ramazan bayramı, bizə ABŞ-da yaşayan müsəlman amerikalılarının saysız uğurlarını və cəmiyyətimizdəki rollarını xatırladır. Bu səbəblə də həm burada, həm də dünyanın harasında olursa olsun, insanların sakit və sülh şəraitində yaşamağı üçün atdıqları addımları dəstəkləyirik.
Hökumətim adından ABŞ-da və dünyanın müxtəlif yerlərində yaşayan müsəlmanların Ramazan bayramını təbrik edir, dinc və xoşbəxtlik içində yaşamalarını arzu edirik”, – deyə təbrikdə bildirilir