Stanislav Belkovski: ”Putin Ukraynadan sonra Dağlıq Qarabağ və Latviya ilə məşğul olacaq”
Rusiyalı politoloq Stanislav Belkovski “Putin Ukraynadan sonra Dağlıq Qarabağ və Latviya ilə məşğul olacaq”. Bu fikiləri rusiyalı politoloq Stanislav Belkovski “Radio Svaboda”ya müsahibəsində deyib. Belkovski əlavə edib ki, Putin Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaqla ABŞ, Kanada və Fransadakı erməni icmalarının dəstəyini əldə edəcək. “Yaranmış əlverişli olmayan beynəlxalq şəraitdə bu addım Putin üçün çox vacibdir. Hesab edirəm ki, Putin Latviyada rusiyapərəst qüvvələrin hakimiyyətə gəlməyini təmin etməyə çalışacaq”,- deyə Belkovski vurğulayıb.