Əvəz Temirxan: «Ibrahimbəyovun Milli Şuranın qərarı əsasında addım atması təbiidir»
Nurəddin Məmmədli: «Bu məsələdə hakimiyyətə bəhanə vermək olmaz»
Partiya nümayəndələri Tbilisi görüşünün nəticələrini müsbət qiymətləndirdi
Demokratik Qüvvələrin Milli Şurasının sədri, prezidentliyə namizəd Rüstəm Ibrahimbəyov Bakıya iyulun 31-ònə planlaşdırılan gəlişinin təxirə salınması, daha sonra isə qurumun üzvləri ilə Tbilisidə görüş keçirməsi rəsmi mətbuat tərəfindən fərqli formada təqdim olunur.
Milli Şuranın Rüstəm Ibrahimbəyov Rusiya vətəndaşlığı ilə bağlı məsələ həllini tapandan sonra Bakıya qayıtması ilə bağlı qərar qəbul etməsinə baxmayaraq bu onun Azərbaycana qaytımamaq qərarı kimi qələmə verilir. Hakimiyyət mətbuatının bu iddiası cavabsız qalmayıb.
Milli Şuranın üzvü Əvəz Temirxanın sözlərinə görə, Rüstəm Ibrahimbəyov qurumun sədri kimi bir fərd olaraq Azərbaycana gəlməklə bağlı qərar qəbul edə bilməz. Çünki o həm də Milli Şuranın siyasi gələcəyinə görə məsuliyyət daşıyır. Ona görə onun Milli Şuranın qərarı əsasında addım atması təbiidir. Lakin güman ki, yaxın iki həftədə Rüstəm Ibrahimbəyovun vətəndaşlıq məsələsinə aydınlıq gətiriləcək və o Azərbaycana gələrək prezidentliyə namizəd olacaq.
AXCP sədrinin müavini Nurəddin Məmmədli də Rüstəm Ibrahimbəyovun Bakıya qayıtması məsələsində hüquqi normalara söykənməyin vacibliyini qeyd etdi. Bu məsələdə hakimiyyətə bəhanə vermək olmaz.
N.Məmmədlinin sözlərinə görə, Rüstəm Ibrahimbəyov Milli Şuranın qərarı əsasında gələcəm deyəndə qarşılıqlı öhdəlikləri nəzərdə tutur. Yəni Milli Şura ona kifayət qədər etimad göstərib və bu etimad da onun Milli Şuranın qərarlarına tabe olmaq prinsipi yaradır: “Bu məsələni hüquqi müstəvidə həll etmək lazımdır. Birinci növbədə söhbət Rusiya vətəndaşlıqdan imtina etməkdən gedir. Bunu rəsmiləşdirib müvafiq sənədlərlə birlikdə Azərbaycana dönsə, artıq heç bir problem qalmamalıdır. Güya hakimiyyət dairələri müxtəlif maddələrə istinad edib psixoloji təzyiq göstərməyə çalışırlar. Amma bunun heç biri keçərli deyil. Çünki həmin kateqoriyaya Azərbaycanda yüksək eşalonda təmsil olunanların hamısını aid etmək olar. O cümlədən Ilham Əliyevn dünyanın bir çox ölkələrində mülkləri var. Əgər bunlar ölkə qarşısında öhdəlik kimi qəbul olunsa, bu birinci növbədə Ilham Əliyevin özünə şamil olunmalıdır”.
N.Məmmədli ikili vətəndaşlıq məsələsi həll olunandan sonra Milli Şuranın qərarının olub olmamasından asılı olmayaraq Rüstəm Ibrahimbəyov Azərbaycana gələrək öz üzərinə düşən məsuliyyətə uyğun davranışlar nümayiş etdirəcəyini də qeyd etdi.
Müsavat başqanının müavini Gülağa Aslanlı isə Tbilisə gedən nümayəndə heyəti, o cümlədən Müsavat başqanı Isa Qəmbər Bakıa dönəndən sonra konkret fikir bildirməyin mümkün olacağını deyir: “Müxtəlif fikirlər söyləyirlər. Hansının doğru olduğunu dəqiqləşdirə bilməmişəm. Bu haqda yekun fikrimi başqanla söhbətdən sonra bildirəcəm”.
Fizzə