Xilasımız isə Milli Şuranın qələbəsində
Fikrət Cəfərli
Azərbaycanın taleyi hər zaman keşməkeşli olub. Demokartik dövlətimizi qurmağa imkan verməyiblər. XX əsrin əvvəlində də, sonunda da. Birinci dəfə bolşevik-kommunistlər, ikinci dəfə onların yadigarları. Amma mücadiəmiz hər zaman davam edir. Elə indi də. XXI əsrin 13-cü ilində də.
Azərbaycan xalqının mücadilə tarixi-1988-1991
Azərbaycan xalqının yeni inkişaf dövrü 1988-1991-cı illərdə SSRİ-nin əksər respublikalarında milyonlarla insanın iştirak etdiyi milli-azadlıq hərəkatları nəticəsində millətlər koloniyası olan Sovet İttifaqı süquta uğurayandan sonra başlamışdır. Xalq bu tarixi şəraitdən yararlanıb milli birlik nümaiş etdirərək, vahid təştilatada birləşəməyə nail olmuş, milyonların təşəbbüsü ilə başlayan meydan hərakatından yaranan Xalq Cəbhəsi və onun SSRİ-nin imperalist qüvvələrinə qarşı sarsılmaz iradəsi nəticəsində 18 oktyabr 1991-ci ildə Azərbaycan dövlət olaraq, müstəqilliyini elan etmişdir. Bununla da 70 ildən sonra Azərbaycan dövlət olaraq, ikinci dəfə öz müstəqilliyini bərpa etmiş və yeni bir siyasi dövrə qədəm qoymuşdur. 1980-cı illərin sonlarında xalqımızın azadlıq ehtirasından başlayan Milli Azadlıq Hərakatı eyni vaxtda həm xalqı azadlıqa hazırlayaraq, həm də onun müstəqillik qazanmasında müstəsna xidmətlər göstərmişdir. Bundan sonra millətimizin qarşısında duran əsas məsələ əldə edilmiş milli birliyimizi daha da möhkəmləndirib xalqımızı hürrüyyətə qovuşdurmaq, istiqlalımızı möhkəmlətmək və onu daha da inkişaf etdirib demokratik cəmiyyət, hüquqi dövlət yaradılmasına nail olmaq idi. Dövlət müstəqilliyinin bərpasını təmin etmiş Milli-Azadlıq Hərakatı öz bazasənda milli ruhun və millət olaraq təşkilatlanma funksiyasını qarşılamaq üçün Azərbaycan Xalq Cəbhəsini təsis etməklə həm də ölkəmizdə yeni siyasi sistemə keçidin təməlini qoymuşdur. Bununla da millətin demokratik cəmiyyətdə yaşamağa hazır olduğunu göstərmişdir. Xalqımızın maddi və mənəvi potensialını dövlətimizin qurulmasına və demokratik cəmiyyət formalaşmasına cəlb etmək zəruriyyətindən yaranan AXC dövlətçilik və demokratiya prinsiplərini əsas götürməklə milli mənafeyə xidmət edən və milli həmrəylik yarada bilən bütün qüvvələrlə əməkdaşlıq imkanları axtarıb tapmağı, siyasi sistemin dövlət maraqlarına uyğunlaşmasını qarşısına əsas məqsəd kimi qoymuşdur. AXC Azərbaycan-Ermənistan, bunun nəticəsində ortaya çıxan Dağlıq Qarabağ müharibəsinin həllini onun konservləşdirilməsində deyil, problemin üzərinə qətiyyətlə gedib həll edilməsində görürdü. Dövlətin müstəqilliyini, ümumxalq və ümumdövlət mənafeyini lokal hisslərdən üstün tutmaqla yanaşı ölkə vətandaşının həyat səviyyəsinin yüksəldilməsində, təhsil və səhiyyə xidmətinin yaxşılaşdırmasında, bir sözlə, dövlətin idarə olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılmasında və insan amilinə dəyər verilməsində,dövlət və vətandaş əməkdaşlığının səmərəli və effektiv əlaqələndirilməsində maraqlı idi. Milli-mənəvi dəyərləri dirçəltmək və Avropa ailəsində layiqli yer tutmağı qarşısına əsas məqsəd qoyaraq, cidii və əhatəli proqrama malik idi. Bunları həyata keçirmək üçün 1992-ci ildə AXC-ni və onun lideri Elçibəyi xalq hakimiyytət gətirdi. Təəssüflər olsun ki, dövlət müstəqilliyimizin bərpasının elə ilk illərində Ermənistanın yenicə müstəqilliyini bərpa etmiş ölkəmizə qarşı təcavüzkar siyasəsəti xarici havadarlarının hesabına genişləndirilirdi və nəticədə yersiz torpaq iddiaları, məkrli erməni xisləti bizi məcburən Qarabağ müharibəsinə cəlb edirdi. Buna qədər isə biz daha ciddi problemlərlə üz-üzəydik. Çünki, rəzil qonşuların amansız müharibənin nəticəsi olaraq yüz minlərlə soydaşımızın ata-baba torpaqlarından qaçqın və məcburi köçkün düşməsi, yüzlərlə vətəndaşımızın şəhid olması,soydaşlarımızın Ermənistandan (Qərbi Azərbaycandan) deportasiya edilməsi, torpaqlarımızın bir qisminin isə mənfur düşmənimiz – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması kifayət qədər iqtisadi və sosial çətinliklər yaradırdı. Bundan məharətlə yararlanan xarici qüvvələr öz güclərini daxili separatçı qüvvələrlə birləşdirə bildi və nəticədə xalqın hakimiyyəti – qanuni prezident və onun komandası xalqın qarşısında götürdükləri öhdəlikləri yerinə yetirə bilmədi. Nəticədə 1993-cü ildə separatçı qüvvələrin yaratdığı vətəndaş müharibəsinin qarşısını almaq naminə qiyamın gələcəkdə törədəcəyi problemləri bilə-bilə hakimiyyətdən getməli oldu. Bu çevriliş zamanı xalqın kövrək hisslərindən yararlanan indiki rejim o zaman ruh düşkünlüyü yaşayan xalqa özünü xilaskar obrazında sırıyaraq hakimiyyəti qəsb etdi və üstündən 20 il keçməsinə baxmayaraq millətin, dövlətin rifahı üçün heç nə etmədi. Əksinə bir xalq olaraq bizim dünyada gedən qloballaşma və demokratik təsisatlara vaxtında sahiblənməyimizə imkan vermədi. Ötən əsrdə dünyanın ən mübariz xalqı olan, Şərqdə ilk demokratik dövlət quran və demokratiya prinsiplərini Şərqə daşıyan bir xalqı 20 il müddətində 200 il geriyə saldı. Demokratik prinsipləri buxovladığı kimi təbii sərvətlərimizi də dağıtdı. Xalqa məxsus olan təbii sərvətlər bir qrupun özəl əmlakına çevrildi.
Təbii sərvətlərimiz və demokratik cəmiyyət quruculuğu
Zəngin mədən sənayesinə malik olan xalqımız tarix boyu ondan bəhrələnə bilməyib. Sanki qarğanmış xalq kimi o zənginlik sivil dünyaya qovuşmamız üçün bir əngəl olub. Halbuki bizdən kiçik olan ölkələr öz mədən sənayelərindən sivil dünyanın tərkib hissəsinə çevrilmək üçün bəhrələniblər. Onların dünyaya bəxş etdiyi bu nümunələr demokratiyanın beşiyi olan bizlərə də, bizim kimi dünyanın bir çox geridə qalmış cəmiyyətlərinə örnəkdir. Neft sənayesindən yararlanmaq üçün xalqımızın elmi potensialına imkan verməyən bu hakimiyyət mədən sənayemizi xalqın rifahına yox,onun əzilməsinə yönəlmiş projelərin həyata keçirilməsində, öz talançı hakimiyyətlərini uzun müddətə qorumaq üçün istifadə etməkdədirlər. Halbuki,mədən sənayesindən və digər təbii resurslardan səmərəli istifadə etməklə iqtisadiyyatımızın qərbin istisadi sisteminə inteqrasiyasını sürətlədirmək mümkün idi. Mədən səneyimizin zəngin təbii resursları bizə imkan verir ki, cəmiyyətin bütün sahələrini , o cümlədən, elm, təhsil, mədəniyyət, incəsənət, tibb, kənd təssərrüfatı, gənclərin intellektual inkişafı üçün lazım olan müasir intellektual müəssisələrin yaradılmasını və digər sənaye sahələrinin yüksəlişini təmin edək. Bununla da Azərbaycanı dünyada təkcə neft-qaz və digər mədən məhsullarının hasilatçısı kimi deyil, həm də elmi, mədəni və intellektual potensialı yüksək olan bir ölkə kimi tanıda bilək. Təəssüflər olsun ki, indiki avtoritar rejim gələcək nəsillərin azad, firavan yaşaması üçün cəmiyyətin bütün təbəqələrinin bəhrələnə biləcəyi və digər iqtisadi sahələri inkişaf etdirəcək inkişaf konsepsiyasının hazırlanmasında və şəffaf icra olunmasında maraqlı deyil. Hələ XX əsrin birinci yarısında İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında çıxarılan neftin 75 %-i Azərbaycan mədən sənayesinin payına düşürdü. O ağır illərdə ön cəbhəni yanacaqla təmin edən Azərbaycan indi nədən öz xalqının rifahı üçün heçnə ilə yadda qalmır? XXI əsrin müstəqil Azərbaycanı mədən sənayemizin zənginliyindən məharətlə istifadə edib, gələcək nəsillərimizin azad, firavan, qayğısız yaşaması üçün müasir dünyanın iqtisadi sistemində oturuşmuş, fundamental, iqtisadi cəhətdən tam inkişaf etmiş dövlət olaraq getmək istəmir. Bəs nədən istəmir? Bu sualın cavabı əslində hamıya məlumdur. Xalqını düşünən yox, xalqına qənim kəsilən və onun inkişafına imkan verməyən indiki hakimiyyət xalqın sərvətlərini öz mülkləri kimi baxırlar. Unutmamalıyıq ki, xalqların mədəni səviyyəsi, həm də onun intellektual inkişaf səviyyəsi ilə ölçülür. İqtisadi inkişafımız və gələcək nəsillərin azad yaşaması, intellektual cəmiyyətim formalaşması üçün ölkəmizin malik olduğu təbii sərvətlərdən əldə olunan gəlirlərin şəffaf və səmərəli xərclənməsi, xüsusən də neft-qaz gəlirlərinin hesabatlılığı ictimai nəzarətdən kənarda qalmamlıdır. Amma faktiki xalqın, ictimaiyyətin bu imkanları qəti şəkildə yoxdur. Rejim bütün imkanları məhdudlaşdırıb və iqtisadi cəhətdən ölkəni talayır. Çıxış yolu varmı? Təbii ki, çıxış yolu hakimiyyətin dəyişməsidir ki, bunun da jeganə yolu demokratik mübarizədir. Yəni seçki. Seçki yolu ilə hakimiyyət dəyişməli və xalqın zəbt olunan iqtisadi hüquqları özünə qaytarılmalıdır.
Şəffaf seçkinin sivil cəmiyyətlərin formalaşmasında rolu və insan hüquqlarına töhfəsi
Demokratiya azad cəmiyyət, söz və mətbuat azadlığı, müstəqil məhkəmə sistemi, insan hüquqları və insan iradəsinin təsdiqi olan azad seçkilər hesabına qurulan cəmiyyətdir. Hansı cəmiyyətdə azad seçki yoxdursa, müstəqil məhkəmə sistemi və insan haqlarının təməl prinsipi olan mülkiyyət hüquqları qorunmursa, o cəmiyyət demokratik sayıla bilməz. Demokratiya və azadlıq insan həyatının mənəvi tələbatdır. Bu təlabatın da qarantiyası şəffaf seçki mədəniyyətinin oturuşmasından keçir. Azadlıq təmtəraqla yaşanan materialist həyat tərzi yox, sadəcə, başqasının köləsi olmamaq, öz düşüncə və fikirlərini özünün istədiyi kimi azad və sərbəst şəkildə gerçəkləşdirmək imkanıdır. Çox təəssüflər olsun ki, bunu hələ də cəmiyyətimizin bir hissəsi mənimsəməyib. Lakin sevindirici haldır ki, son zamanlar vətəndaşlarımız da qüdrətli dövlət anlayışını insan hüquq və azadlıqlarının fündamental dəyərləri olan söz və fikir plüralizminin, siyasi baxış, dini-etiqad, sərbəst toplaşma, mülkiyyət və s. hüquqlarının qorunmasında görür və Avropanın İnkişaf etmiş demokratik dövlətlərinin üstün cəhətlərini mənimsəyir.Ona görə də artıq cəmiyyətimizin böyük bir hissəsi, daha doğrusu mütləq əksəriyyət sürətlə demokratikləşmənin tərəfdarıdır. Cəmiyyət bu istiqamətdə öz mübarizə əzmini göstərməkdədir. Dövlətin qüdrəti onun mükəmməl, dayanıqlı, azad,şəffaf hüquq sisteminin olmasındadır.
Demokratiya bizlər üçün Avraam Linkolnun dediyi kimi – xalqın rəhbərlik etdiyi və xalqa xidmət edən xalq hakimiyyətidir! İnanırıq ki, şərqdə ilk dəfə demokratik dövlət quran Azərbaycan xalqı yenidən sivil dünyaya, Avropa yaşam tərzinə qovuşacaq və nümunəvi demokratik cəmiyyət quracaqdır. Azərbaycanın eks prezidenti Əbülfəz Elçibəyin dediyi kimi “ demokratiya dünyanın bir sıra xoşbəxt xalqları üçün mənəvi qidadırsa, Azərbaycan xalqı üçün dərmandır!” Dünyada soyuq müharibələr başa çatandan sonra Avropanın, ümümilikdə qərbin siyasi və iqtisadi həyatının əsas atributlarına çevrilən insan hüquq və azadlıqlarının təmini vətəndaş olaraq bizim də qarşımızda duran əsas fəaliyyət istiqaməti və mübarizə yoludur. Vətəndaş ilk öncə öz hüquqları uğrunda mübarizə əzminə sahib olmağı bacarmalı və bundan sonra ümumilikdə cəmiyyətdə gedən demokratikləşə mücadiləsinə öz töhvəsini verməlidir. Sivil dünyaya qövuşmağın bir yolu var, o da demokratik seçki mədəniyyətini xalq olaraq necə qəbul etməyimizdir. Bu gün o şanslarımız var. Milləti düşünən müxalifət var və birləşib. Azərbaycanı 3-cü dəfə sözün bütün mənalarında – həm iqtisadi, həm siyasi, həm dini azadlığa qovuşduracaq Milli Şura yaranıb. Qarşıdan da seçki gəlir. Ölkəyə azadlıq istəyiriksə ellikcə oktyabrda keçiriləcək prezident seçkisində Milli Şuraya və onun namizədinə səs verməliyik. Daha sonra verdiyimiz səsləri qorumalıyıq. Bununla da azad olacağıq və təkcə özümüzün taleyimizi yox, həm də bizdən sonrakı nəsillərin azad yaşamasının təməl prinsiplərini müəyyənləşdirəcəyik.