Zavod sökülməmişdən əvvəl işçilər arasında ixtisarlar aparılıb
Mətbuat prospektində yerləşən qızıl zavodu söküldü. Binanı sökən fəhlələr qəzetimizə deyib ki, zavodun yerində park salınacaq. Parkın altı avtodayanacaq olacaq. Parkın nə vaxta hazır olacağı bilinmir.
“Bina köhnəlmişdi deyə sökdük. Yanındakı binanı təmir elədik. Qızıl zavodunun işçiləri o binada işləyəcəklər”-fəhlə deyib.
Zavodun işçiləri təmir olunan binaya 1 aydan sonra köçəcəklər. Bu müddətdə binadakı təmir yekunlaşacaq. Zavodun işçiləri bildirib ki, zavodda yaşlı nəslin nümayəndələri ixtisar edilib. Onların yerinə cavan işçilər götürüləcək.
Qeyd edək ki, qızıl zavodu Sovet dövründən bu binada yerləşirdi. Mağazalarda satılan qızıllara əmin olmayan müştərilər də burada sifariş əsasında qızıl alırdılar.
Qızıl zavodundan geriyə qalanlar
Qızıl zavodu bu binaya köçürüləcək
Sevinc Vaqifqızı