AŞPA-nın qış sessiyasını işıqlandırmaq üçün Strasburqda ezamiyyətdə olan əməkdaşımız Natiq Güləhmədoğlu yanvarın 22-də qurumun binasında Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşüb. Görüş AŞPA-nın binasında gürcü mədəniyyət sərgisinin təqdimatından sonra olub. Əməkdaşımız mərasimə qatılan Saakaşviliyə yaxınlaşaraq özünü təqdim edib və xatirə şəkli çəkdirmələrini xahiş edib. Gürcüstan prezidenti əməkdaşımızı Azərbaycandan ilk müstəqil qəzeti təmsil edən bir jurnalist kimi səmimiyyətlə qarşılayıb və onunla xatirə şəkli çəkdirib.