Neftçalanın rəhbəri öz biznesinə maneəni aradan qaldırmaq üçün əşya bazarını bağlamağa çalışır
Dünən Neftçala rayon məhkəməsi yerli sahibkar Natiq Hüseynovu 2 ay müddətinə həbs edib. Ona qarşı 315.1-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmək) maddəsi ilə ittiham irəli sürülüb. Regional “Demokratiyanın inkişafına yardım” QHT-nin rəhbəri Emil Məmmədovun “Turan”a verdiyi məlumata görə, Hüseynov yerli hakimiyyətin özbaşınalığına qarşı etiraz əlaməti olaraq 3 digər rayon sakini ilə birlikdə başladığı aclıq aksiyasını davam etdirir.
Hüseynov iki gün əvvəl saxlanılıb.
Polis iddia edir ki, Hüseynov polis idarəsində müqavimət göstərib. Bu zaman polisdə Hüseynovun niyə idarəyə aparıldığını izah etməyiblər.
Doğmalarının iddiasına görə, biznesmen rayon icra başçısı Ismayıl Vəliyevin göstərişi ilə təqib olunur. Belə ki, rayon icra başçısı öz biznesi üçün rəqabəti aradan qaldırmaq üçün Hüseynovun əşya bazarını bağlamağa çalışır. Bir müddət əvvəl Hüseynov Mil-Muğan kollektorunda balıq tutmaq lisenziyasından məhrum edilib.
Neftçala rayon icra hakimiyyətindən şərh almaq mümkün olmayıb. Hüseynov ikinci qrup əlildir.