Baş bankir ona qarşı «saxta pul təxribatı»nın törədilə biləcəyindən ehtiyatlanır
Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov rüşvət qalmaqalından ciddi narahat olub. Söhbət Azərbaycanın Mərkəzi Bankı və Avstriyanın Mərkəzi Bankının törəmə şirkəti arasındakı müqavilə ilə bağlı rüşvət qalmaqalından gedir.
Elman Rüstəmov düşünür ki, bu qalmaqalın davam etdiyi bir vaxtda ona qarşı hər hansı təxribatlar ola bilər. Bu baxımdan baş bankir fəaliyyətində korrektə olmağa, rəqiblərin əlinə fürsət verməməyə çalışır. Təsadüfi deyil ki, Avstriya mətbuatının sözügedən rüşvət qalmaqalını ictimailəşdirməsindən sonra Elman Rüstəmov dərhal milli pul nişanlarının saxtalaşdırılmasına qarşı tədbirlərin gücləndirilməsinə start verib. Bu məqsədlə Mərkəzi Bankda Daxili Işlər Nazirliyi, Vergilər Nazirliyi və Iqtisadi Inkişaf Nazirliyinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Məlumatlı mənbənin sözlərinə görə, bu görüş məhz rüşvət qalmaqalından yaranan narahatçılığın təzahürüdür. Elman Rüstəmov düşünür ki, adının beynəlxalq qalmaqalda hallandırıldığı bir ərəfədə hansı qruplar dövriyyəyə saxta pul buraxa bilər. Və bu faktdan baş bankirə qarşı istifadə edilə bilər. Ona görə də Elman Rüstəmov ilk olaraq bu istiqamətdə qabaqlayıcı tədbirlər görməyi qərara alıb.
HƏMÇİNİN BAX: