Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə ABŞ-a səfərə dəvət edilib. Bu barədə məlumatı “1news.az” saytı yayıb. Məlumata görə, A.Paşazadə ABŞ-da yüksək səviyyədə qəbul ediləcək. Onun ABŞ-ın dini icmalarının rəbəri və rəsmi şəxslərlə görüşü gözlənilir.
Səfərin gələn il baş tutacağı nəzərdə tutulub. Hələlik səfərin dəqiqi tarixi və proqramı razılaşdırılır.
A.Paşazadə ilə birlikdə Azərbaycanın digər dini konfessiyallarının nümayəndələri də ABŞ-a dəvət ediliblər.