Britaniya hökuməti hökmün siyasi motivli olduğunu bəyan etdi
«Azərbaycanın beynəlxalq tərəfdaşları rəsmi Bakının «ədaləti ələ salmasına» son qoymalıdır»
Azərbaycanın ən görkəmli hüquqşünaslarından olan vicdan məhbusu Intiqam Əliyevin 7 il 6 ay azadlıqdan məhrum edilməsi beynəlxalq aləmdə kəskin reaksiyaya səbəb olub. Qərb dövlətləri, beynəlxalq təşkilatlar, o cümlədən insan haqlarının müdafiəsilə məşğul olan qurumlar hökmü pisləməklə yanaşı, bir daha Azərbaycan hökumətini repressiyaları dayandırmağa çağırıblar.
Böyük Britaniyanın Xarici Işlər Nazirliyi Intiqam Əliyev barəsində hökmlə əlaqədar Birləşmiş Krallığın adından bəyanat yayıb. Bəyanatda deyilir: “Birləşmiş Krallıq Intiqam Əliyevin 7 il 6 ay azadlıqdan məhrum edilməsini böyük həyəcanla qarşılayır. Intiqam Əliyev beynəlxalq aləmdə insan hüquqları üzrə nüfuzlu vəkildir. Bizi narahat edən başlıca məsələ ondan ibarətdir ki, məhkəmənin gedişində gedişində üzə çıxan bir çox aspektlər hökmün siyasi motivli olması haqqında ciddi şübhələr yaradır”.
Avropa Şurası Parlament Assambleyasının hüquq məsələləri və insan hüquqları komitəsi hökmdən sarsıldığını bəyan edib: “Komitə Intiqam Əliyev barədə hökmü pisləyir,
Intiqam Əliyev uzun müddət Avropa Şurasının tərəfdaşı olub. O, 200-dən artıq işi Avropa Məhkəməsinə çıxarıb.
Intiqam Əliyevin həbsinin başlıca motivi hüquq müdafiəçisi kimi səmərəli fəaliyyəti və beynəlxalq təşkilatlarla sıx əlaqəsinə verilən siyasi reaksiyadır. Biz Azərbaycan hakimiyyətini repressiyalara son qoymağa çağırırıq".
Insan Haqları Müdafiəçilərinin Müdafiəsi üzrə Rəsədxana (OMCT) da hökmü qətiyyətlə pisləyib. Bu qurum Beynəlxalq Insan Haqları Federasiyası (FIDH) və Ümumdünya Işgəncələrə qarşı Təşkilatın birgə proqramıdır. Qurum ötən ilin avqustundan qanunsuz olaraq həbsdə saxlanılan hüquq müdafiəçisini dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırıb.
“Bu, Azərbaycanda tanınmış insan haqları vəkilinə qarşı daha bir utancverici hökmdür”, – deyə FIDH prezidenti Kərim Lahıci bildirib.
OMCT-nin baş katibi Cerald Staberok da Avropa Oyunlarına 2 aydan da az qaldığı bir vaxtda Intiqam Əliyev də daxil olmaqla, bütün insan haqları fəallarını azadlığa buraxmağa, ölkədə insan haqları müdafiəçilərinin təqibinə son qoymağa çağırıb.
“Bu gün Azərbaycanda insan haqları və azadlıqlar üçün fəlakət günüdür. Qarşıdan gələn illər üçün Azərbaycanda insan haqları pozuntularının qurbanları özlərinin ən güclü müdafiəçilərini itiriblər” – bunu isə “Human Rights Watch” təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Georgi Qoqia Intiqam Əliyev barədə çıxarılmış məhkəmə hökmü haqqında danışarkən deyib.
O bildirib ki, Intiqam Əliyev barədə çıxarılmış hökmün siyasi sifariş olduğu şübhə doğurmur: “Azərbaycanın beynəlxalq tərəfdaşları rəsmi Bakının ”ədaləti ələ salmasına" son qoymalıdır".
Informasiya şöbəsi