Keçmiş müsavatçılar ümumi yığıncaqda yekdil qərar verdilər
Müsavat Partiyasının Tovuz rayon təşkilatı özünü buraxıb və təşkilatın üzvləri bundan sonrakı siyasi fəaliyyətlərini AXCP-də davam etdirmək qərarı veriblər. Təşkilatın 200 nəfərə yaxın üzvü var.
Müsavatın keçmiş üzvləri AXCP-yə keçməklə bağlı qərarı fevralın 20-də keçirdikləri ümumi yığıncaqda veriblər. Ümumi yığıncaqda Müsavatın keçmiş rayon təşkilatını 40 nəfər nümayəndə təmsil edib.
Müsavatın Tovuz təşkilatında sədr müavini olmuş Asəd Məmmədli facebook səhifəsində AXCP-yə keçməklə bağlı qərarı yekdilliklə qəbul etdiklərini bildirib. O, yığıncaqdan çəkilmiş fotoları da paylaşıb.
azadliq.info