Görkəmli ziyalımız Rüstəm İbrahimbəyov Millli Şura sədri Cəmil Həsənliyə və Koordinasiya Şurasının yeni tərkibinə müraciət edib.
Xatırladaq ki, İbrahimbəyov demokratik qüvvələrin Milli Şura adı altında birləşməsinin ideya müəllifi, bu qurumun Koordinasiya Mərkəzinin üzvüdür.
İbrahimbəyov müraciətində yazır:
«Koordinasiya Mərkəzinin yeni seçilən üzvlərini təbrik edirəm. Müntəzəm aparılan fikir mübadiləsi hətta hakimiyyətin sərt təzyiqləri şəraitində də sessiyanın uğurla yekunlaşacağına şübhə yeri qoymurdu. Sessiyada müzakirə edilən məsələlər ölkəmizin bugünkü həyatının onun sərhədlərindən kənarda da görünən əsas problemlərinə aid olub. Azərbaycandakı ictimai-siyasi situasiya, ilk növbəti siyasi məhbusların taleyi bütün dünya ictimaiyyətini narahat edir. Məhbusların azad edilməsi ilə bağlı çağırışlar dünyanın əksər ölkələrində səsləndirilir. Təəssüf ki, Azərbaycan hakimiyyəti bunu ölkənin daxli işlərinə qarışmaq kimi qəbul edir.
Ancaq hətta dünya ictimaiyyətinin fikrinə etinasız yanaşandan da anlamaq vacibdir ki, iyirmi ildən artıqdır olduğumuz mürəkkəb geosiyasi situasiya və yaxınlaşan maliyyə-iqtisadi böhran təhlükəsi cəmiyyətin bütün təbəqələrini birləşdirən vətəndaş həmrəyliyinə nail olmaq üçün ölkədəki dini, siyasi və maddi ehtiyatları səfərbər etməlidir. Ancaq bu, yalnız hakimiyyətlə real müxalifət arasında dialoq başlayacağı təqdirdə mümkündür. Azərbaycan ziyalıları bir neçə il əvvəl öz forumunu təşkil edərək belə bir dialoqa təşəbbüs göstərmək istədilər. Hakimiyyət bu təşəbbüsə onun müəlliflərinə qarşı sərt rəftarla cavab verdi. Ancaq əgər indi belə bir istək olsa və rejim dialoqa getsə, bu, siyasi məhbusların azad edilməsi ilə başlamalıdır. Bu, ölkə rəhbərliyinin niyyətinin səmimi olduğunu təsdiq edər.
Təəssüf ki, mövcud reallıq hadisələrin belə inkişafına inanmağa əsas vermir. Ancaq hətta az ehtimalla da ziyalılar öz övladlrı və nəvələri naminə vətəndaş mövqeyini fəallaşdırmalıdır.
Əziz Cəmil müəllim, Milli Şuranın mövcudluğu və fəaliyyətinin vacibliyi getdikcə artır. Mürəkkəb dövrlərdə hər bir xalqın təyanatı özünə deyil, xalqa xidmət etməli olduğunu unudan hakimiyyətlə mübarizə olan birləşdirici nüvəsi olmalıdır. Ölkəmiziin siyasi həyatının təcrübəsi onu deməyə əsas verir ki, əsas problem demokratik qüvvələrin birləşməsidir. Yarandığı gündən Milli Şura öz sıralarına Azərbaycanda konstitusion idarəetmənin tətbiqinə can atan, cəmiyyətin ən geniş dairələrinin nümayəndələrini toplamağa çalışır. Məncə Koordinasiya Mərkəzinin yeni seçilən heyəti bu prinsiplərə tam uyğundur.
Milli Şura yaranan gündən bir sıra partiya və hərəkatların nümayəndələri ordan çıxdı, ancaq keçən sessiyanın yekunları mövqeyimizin, təşkilatı strukturumuzun dayanıqlı olduğunu və sizin simanızda ölkənin demokratik qüvvələrinin yeni layiqli lider əldə etdiyini sübut etdi.
Bir daha hamınızı təbrik edirəm”.