AXCP Qazax rayon şöbəsinin sədri Sabir Çaylının 75 yaşı tamam olur. Bu münasibətlə AXCP sədri Əli Kərimli onu təbrik edib. Təbrikdə deyilir:
“Əziz Sabir bəy! Milli Azadlıq Hərəkatının və partiyamızın ağsaqqal veteranı olaraq sizi 75 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Öncə AXC-nin , sonra partiyanın yerlərdə təşkilatlanmasında və güclənməsində sizin kimi əqidəli, fədakar, mərd ziyalılarımızın misilsiz xidmətləri var. Qazaxda əqidədaşlarınız sizi cəbhənin simvolu adlandırırlar. Bu da sizin uzun illər çətin, lakin şərəfli yolunuza sadiqliyinizə, rejimə qarşı və demokratiya, haqq-ədalət naminə mübarizənizdə mətinliyinizə verilən yüksək dəyərdir. Cəsur və mübariz olduğunuz qədər də alicənab və təvazökarsınız, hər zaman həqiqəti deməkdən çəkinməyən, yükün ağırlığını çiyninə götürməkdən usanmayan əsil vətəndaşsınız. Sizin kimi ləyaqətli ziyalımız və cəbhədaşımla sonsuz qürur duyuram.
Hörmətli Sabir bəy! Sizə uzun sağlıqlı ömür, siyasi fəaliyyətinizdə uğurlar, doğmalarınızın əhatəsində gözəl günlər, müqəddəs amallarınızın gerçəkləşməsini arzulayıram. Allah sizi qorusun!”