Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini, “Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri Razi Nurullayev Latviyanın Azərbaycandakı səfiri cənab Hardijs Baumanis ilə görüşüb. Görüşdə AXCP-yə olan təzyiqlər, son zamanlar həyata keçirilən həbslər, vətəndaş cəmiyyəti sahəsində yaranan problemlər, Şərq Tərəfdaşlığı və ictimai-siyasi vəziyyət sahəsində digər məsələlər müzakirə edilib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da ətraflı fikir mübadiləsi aparılıb.