Fuad Qəhrəmanlı: «Dünya hakimiyyətdən korrupsiya ilə mübarizə tələb etdiyi bir zamanda iqtidar eyni motivli ittihamları opponentlərinə qarşı irəli sürür»
Mehman Əliyev: «Hakimiyyətə qarşı olan ciddi təzyiqlərin fonunda iqtidarın korrupsiyaəməlləri bir daha xatırladılır»
Noyabrın 19-da ABŞ Konqresində Azərbaycan və ATƏT üzvü olan başqa ölkələrlə bağlı korrupsiyaya dair dinləmə keçiriləcək. Dinləməni Konqresin Helsinki Komissiyası təşkil edir. Konqresin binasında keçiriləcək dinləmənin mövzusu ATƏT məkanında korrupsiya ilə necə mübarizə aparılmasıdır.
Maraqlıdır ki, bir müddətəvvəl ABŞ-da fəaliyyət göstərən, Mərkəzi Asiya, Qafqaz və Cənubi Qafqaz regionu üzrə ixtisaslaşmış bir qrup ekspertin yaratdığı “Registan” təşkilatın internet səhifəsində Azərbaycanın ictimai-siyasi həyatından bəhs edən məqalə yayımlanıb. “Registan”da yuxarıda sadalanan regionlar üzrə ekspertlərdən başqa konkret məsələlər və stratejiəməkdaşlıq sahəsində çalışan xüsusi qrup fəaliyyət göstərir. Məqaləni bir zamanlar ölkəmizdə yaşayan və təcrübə keçən Syuzana Rotman qələmə alıb. Yazıda bir daha Azərbaycan hakimiyyətinin korrupsioner mahiyyəti və Dubay mülkləri gündəmə gətirilmişdi.
Azərbaycan iqtidarının korrupsiyaəməllərini eyni zamanda bu yaxınlarda işıq üzü görən daha bir hesabat ifşa edib. Bunu “Trace International” biznes təşkilatı özünün Qlobal Rüşvət Riski Indeksi adlı göstəricisində vurğulayıb.
197 ölkə arasında Azərbaycan rüşvət riskinə görə 140-cı yeri tutur. Müqayisə üçün deyək ki, Gürcüstan 11-ci, Ermənistan 87-ci, Rusiya 134-cü yerdədir. Biznesə rüşvət riskininən az olduğu ölkələr Irlandiya, Kanada, Yeni Zelandiya, Honq Konq, Isveç və başqalarıdır. Özbəkistan 194-cüdür.ən axırıncı yerdə isə Nigeriyadır.
Azərbaycanla bağlı korrupsiya faktını gündəmdə saxlayan daha bir məqam Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) növbəti toplantısının məhz Bakıda keçirilməsidir. Tədbir noyabrın 19-21-i Bakıda keçiriləcək.
Toplantıda xarici dövlətlərin yüksək səviyyəli dövlət rəsmiləri, o sıradan nazirlər, parlament spikerləri, korrupsiyaya qarşı mübarizə komissiyaları sədrləri iştirak edəcək.
Ekspertlərin fikrincə, Azərbaycanın adının bu formada hallanması təsadüfi deyil və konkret məqsəd daşıyır. Məqsəd Azərbaycan hökumətinə bir sıra mesajları ünvanlamaqdır. Çünki hakimiyyət siyasi opponentləriniəgərəvvələr narkotik, xuliqanlıq maddəsi ilə şərləyərək həbsə atırdısa, hazırda strategiya bir qədər dəyişib. Hazırda hakimiyyət özəməllərini siyasi rəqiblərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin boynuna yıxmağa çalışır. Hüquq müdafiəçiləri, vətəndaş cəmiyyətinin təmsilçiləri maliyyə vəsaitlərini mənimsəmədə, rüşvətxorluqda, korrupsiyada ittiham olunurlar. Elə bu üzdən də son zamanlar Qərb Azərbaycan hakimiyyətinin adını məhz korrupsiya qalmaqallarında hallandırır.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, ABŞ-dakı dinləmələr zamanı Azərbaycanda korrupsiya ilə bağlı baş verən pozuntular yenidən gündəmə gələcək. Yalnız Konqressdəki dinləmələrin deyil, ümumiyyətlə, beynəlxalq medianın Azərbaycanla bağlıən çox vurğuladığı məqamın korrupsiya faktları ilə bağlı olduğunu deyən F.Qəhrəmanlı bildirdi ki, Azərbaycanda korrupsiyanın total xarakter daşıdığı, dövlət siyasətinə çevrildiyi artıq beynəlxalq aləm səviyyəsində etiraf olunub: “Beynəlxalq təşkilatların hesabatlarında da Azərbaycanın korrupsiyaya görə dünyanın lider ölkələrindən sayıldığı vurğulanır. Təzad ondadır ki, dünya ictimaiyyəti Azərbaycan hakimiyyətindən korrupsiyaya qarşı mübarizə tələb etdiyi bir zamanda Azərbaycan hakimiyyəti eyni motivli ittihamları ölkəni Qərbə inteqrasiyasının tərəfdarı olan şəxslərə qarşı irəli sürür. Hakimiyyət korrupsiyaya qarşı mübarizəni dövlət büdcəsini oğurlayanlara qarşı deyil, ölkənin inkişafını tələb edənləri həbs etməklə aparır. Qəribə bir vəziyyət yaranır. Ona görə rejimin təbiətindən doğan korrupsiya, insan haqları məsələsi iqtidara qarşı irəli sürülən ittihamlardaəsas yer alır”.
Hakimiyyətin bu dəfə də ona yönələn çağırışları qulaqardına vurduğunu deyən F.Qəhrəmanlı bildirdi ki, bu bir daha təsdiqləyir ki, hakimiyyət islahatlar aparmaq iqtidarında deyil. “Hakimiyyətin korrupsiyaəməllərinin beynəlxalq müzakirəyə çevrilməsi ona işarədir ki, iqtidara inam, etimad yoxdur. Hakimiyyətin xarici siyasətdə də öz maraqlarını korrupsiya, ”kürü diplomatiyası” yolu ilə formalaşdırmağa çalışması beynəlxalq ictimaiyyət tərəfindən qınanır və ifşa olunur”, deyə F.Qəhrəmanlı vurğuladı.
Azərbaycan hakimiyyətinin korrupsiya qalmaqalları ilə bağlı birinci dəfə deyil dünya ictimaiyyətinin diqqətinə gəldiyini deyən “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, hazırda Azərbaycan hakimiyyətinə ciddi təzyiqlər var. Bu təzyiqlərin fonunda hakimiyyətin korrupsiyaəməlləri bir daha xatırladılır. Buna səbəb I.Əliyevin son prezident seçkiləriərəfəsində Qərb qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməməsidir.
Xəyal