Gələn il Azərbaycanda baş tutacaq I Avropa Oyunlarının keçirilməsi üçün 1,3 milyard manat sərf ediləcək. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd olunan məbləğ idman infrastrukturlarının yaradılması, hazırlıq və digər təşkilatı işlərlə bağlı xərclərə ayrılacaq.
2015-ci ildə dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üçün 347,7 milyon manat vəsait ayrılıb. Bu, 2014-cü illə müqayisədə 36,3 milyon manat və yaxud 11,7 faiz, 2013-cü ilin faktiki icra göstəricilərinə nisbətən isə 72,8 milyon manat və ya 26,5 faiz çoxdur.