Azərbaycanda gənclərin həbsi ilə bağlı Beynəlxalq Haqq və Ədalət Assosiasiyası bəyanatı yayıb. Bəyanatda deyilir:
Son günlər Azərbaycan ordusunda müəmmalı əsgər ölümləri geniş müşahidə olunur. Orduda yaranmış bu cür qeyri – normal vəziyyət haqlı olaraq ölkə içtimaiyyətinin kəskin etirazına səbəb olub. Normal halda hakimiyyət orduda yaranmış özbaşınalığa kəskin reaksiya verməli və təqsirkarlar qanun qarşısında çəzalandırılmalıdır.
Lakin, çox təssüf ki, bu gün biz bunun tam əksini müşahidə edirik. Hakimiyyət orduda insan ölümləri ilə nəticələnmiş hallara görə məsul şəxsləri qanunla məsuliyyətə cəlb etmək əvəzinə, bu hallara görə ədalət tələb edən günahsız insanları cəzalandırır. Belə ki, martın 9 da MTN əsgər ölümlərinə görə etirazln təşkilatşılarından olan 3 nəfər gənc fəalı gülünç ittihamlarla hebs etmişdir. NİDA hərəkatının aktivistlərindən olan Bəxtiyar Quliyev, Məmməd Əzizov və Şahin Novruzlu Bakı şəhərinin mərkəzində heç bir əsas olamdan həbs edilmişlər. Həmin həbslərdən 5 gün sonra, martın 14 də NİDA Gənclər Hərəkatının daha bir üzvü Rəşad Həsənov həbs edilib.
Bütün bu hadisələr onu sübut edir ki, artıq, Azərbaycan hökuməti əslində ölkədə başlanmış yeni demokratik hərəkatın qarşısını almağa cəhd edir.
Beynəlxalq Haqq və Ədalət Assosiasiyası tələb edir ki:
Günahsız əsaslarla və qeyri – ciddi dəlillərlə həbs edilmiş gənclər təcili azadlığa buraxılsın;
Gənclərə və ədalət tələb edən bütün vətəndaşlara qarşı zorakı üsullardan əl çəksin;
Orduda günahsız insanların ölümü ilə nəticələnən hadisələrə görə məsdul şəxslər qanun qarşısında cavab versinlər.