Hakimiyyət komandasından ayrılmış səfir müxalifətə keçdi və siyasi seçimini etdi
"Cəmil Həsənliyə, Əli Kərimliyə və onların silahdaşlarına inanın"
Son günlər hakimiyyətin yuxusunu ərşə çəkən və Azərbaycandakı totalitarizm üçün ələ keçməz kabusa çevrilən səfir Arif Məmmədov öz facebook profilində şok bir müraciət yayıb. Bu müraciətdə səfir ölkə müxalifətinin tanınmış simalarına münasibətini birmənalı şəkildə ifadə edib. Bundan sonra ona qarşı hücumlara saxta müxalifətin də qoşulacağını ehtimal etmək olar…
Səfir öz bəyanatında bildirir:
«Dəyərli dostlar, bacı və qardaşlar!
Mətbuatda müxtəlif məlumatların yayılması ilə əlaqədar bir çox dostlar mənə müraciət edərək həqiqəti öyrənmək istəyirlər.
Mənim qısa cavabım əvvəlkilərdən fərqli deyil:
Azadlıq qəzetinə inanın,
Azərbaycan Saatına inanın,
Uca Xalqımızın fəxri və cəsarətli simaları olan professor Cəmil Həsənli bəyə inanın,
Əli Kərimli bəyə inanın,
Qənimət Zahid bəyə inanın,
Vidadi Mirkamal bəyə inanın,
Gültəkin Hacıbəyli xanıma inanın,
onların silahdaşlarına inanın
və onlara inanırsınızsa,
mənə də inanın!
Hörmetle, sizin səfir Arif Mammadov».
azadliq.info