Cozef Muskat Azərbaycan hökuməti ilə korrupsiya əlaqəsində şübhəli bilinir
“Hökumətin Azərybaycanla əlaqələrdə iş üslubu bu məsələdə korrupsiyanın mövcudluğu ilə bağlı şübhələr yaradır”
Maltanın baş naziri Cozef Muskat Azərbaycan hökumətilə işbirliyinə görə ittihamlardan yaxasını kənara çəkə bilmir. Maltada bu işbirliyi baş nazirin korrupsiya xarakterli sövdələşmədə iştirakına dair şübhələr yaradıb. Bu səbəbdən günlərdir Muskatın ünvanına ittihamlar davam edir.
Maltanın müxalifət lideri Saymon Busuttil deyib ki, baş nazirlə Azərbaycan hökuməti arasında körrupsiya xarakterli sövdələşmə ilə bağlı hələlik konkret fakt olmasa da, Cozef Muskatın satın alındığına dair əsaslı şübhələr var. Bu barədə Maltanın “İndependent” qəzeti məlumat yayıb.
“Doğrusu, əlimdə baş nazirin rüşvət aldığını birbaşa sübut edən fakt yoxdur. Amma hökumətin Azərybaycanla əlaqələrdə iş üslubu bu məsələdə korrupsiyanın mövcudluğu ilə bağlı şübhələr yaradır. Baş auditorun hesabatından sonra baş nazir bu ölkəyə kütləvi informasiya vasitələrinin nümayəndələri və ya müvafiq dövlət orqanlarının vəzifəli şəxslərinin iştirakı olmadan səfər etdi. Baş naziri müşayiət edən şəxslər siyasətçilər idi. Bu da şübhə yaradır. Məhz bu cür vəziyyətlərdə korrupsiya baş verir”, – deyə Saymon Busuttil bildirib.
azadliq.info