Bir neçə aya Rusiyada iqtisadi vəziyyət daha da çətinləşəcək
Xəbər verildiyi kimi, Avropa Birliyinə üzv olan ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaları mart ayından daha 6 ay uzatmaq barədə qərar verib. XIN başçıları sanksiyaların uzadılması üçün səbəb kimi Ukraynada vəziyyətin gərginləşməsini göstərir.ÿGörəsən, bu addım Rusiyaya nə vəd edir? Rusiya sanksiyalara nə qədər duruş gətirəcək?
Politoloq Razi Nurullayev deyir ki, Rusiyaya qarşı sanksiyalar uzadılmamışdan öncə ABŞ prezidenti Barak Obama onun geri çəkilməyəcəyi təqdirdə, daha böyük sanksiyaların olacağı barədə bəyanat vermişdi. Nəticə etibarilə Amerikanın bu addımı atdığını deyən politoloq, bundan öncə Rusiyanın rezerv büdcəsinin 450-460 milyard dollar olduğu halda, hazırda 50-60 milyardın xərcləndiyini yada salır. Bu ilin sonuna, 2016-cı ilin əvvəlinə qədər Rusiyanın bu rezervləri xərcləməklə dayana bilmək imkanları var: “Lakin nə qədər dayanış göstərsə də, rezervləri xərcləməklə orada dövlətin əsaslarını, dövlətçiliyi məhv etməyə yönəlik vəziyyət yarana bilər. Rusiya 2016-cı ilə kimi dözsə də, bir neçə aydan sonra orada iqtisadi vəziyyət daha da çətinləşəcək”.
Nigar