Əlövsət Talışxanlı
Açıq səmada şimşək təəssüratı yaradan bu müşavirə çoxları üçün gözlənilməz oldu. Müşavirənin Müsavatdaxili gərginliyin səngiməsinə xidmət edəcəyini düşünənlər yanıldılar. Partiyanı bohran durumundan çıxarmağa, barışıq yaratmağa çağırışlar etmək əvəzinə yeni böhtanlar, yeni ultimatumlar səsləndi. Ultimatumlar sərtləşdikcə 27 sentyabrda (Qurultayda) nə baş verdiyini hələ də anlamayanların alqışları güclənməkdə davam edirdi. Bu alqışları eşitdikcə yadıma 80-ci illərin axırında Rumıniya KP-nin qurultayında səslənən xalq, partiya, Çauşesku, sədaları düşdü.
Əslində, burada gözlənilməyən heç nə yox idi.ÿI.Qəmbər də, A.Hacılı da, M.Babayev də müşavirədən əvvəl nə demişdilərsə, müşavirədə həmin fikirləri daha sərt və daha aqresiv şəkildə təkrar etdilər. Şəxsiyyətinə hörmət etdiyim M.Babayev müşavirədən əvvəl demişdi ki, Müsavat MNTK-sının sədri O.Kazımov olsa, yaxşı olar. Həmin O.Kazımov ki, qurultaydan dərhal sonra pozuntuların araşdırılmasını tələb edənlərə qarşı tədbir görülməsinin vacibliyini bildirirdi. Repressiyalara cağıran adamÿrepressiya aparatınınÿ başına gətirilir. Görünür, zəmanə Mirbaba bəyi də sındırdı. Vaxtilə nizamnamənin nöqtəsi və vergülünə də əməl etməyi tələb edən Mirbaba bəy indi Qurultayda seçkilərin nəticələrinin təsdiqi ilə bağlıÿ səlahiyyətin məclisə verilməməsinə “tutaq ki, yaddan çıxıb”, “səsə qoyulsaydı qəbul edilməyəcəkdi?” deyir. Səkkiz ildə bir dəfə Qurultay keçirilir və gündəlikdə duran ən vacib məsələ – seçkilərin nəticələrinin təsdiqi yaddan çıxır. Əgər dediyim kimi, ən vacib məsələ yaddan çıxırsa, bu yaddaşla partiyanı necə idarə edəcəksiz. Özünüz öz paxırlarınızı açırsınız, sonra da bizi hakimiyətə işləməkdə suçlayırsız.
Hörmətli Mirbaba bəy I.Qəmbərin də kimisə müdafiə etmək hüququnun olduğunu vurğulayır. Mən də hesab edirəm ki, hər bir müsavatçı kimi onun da belə bir hüququ vardı. Lakin I.Qəmbər partiya başqanı kimi ədalətli seçki söz verərək Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədrliyini öz üzərinə götürdü. QHTK-nın Qurultayın keçirilməsində yerinə yetirdiyi funksiyanı Prezident və Parlament seçkilərində Mərkəzi Seçki Komissiyası yerinə yetirir. Bir anlığa təsəvvür edək ki, növbəti Prezident seçkilərində konstitusiya qadağasına görə iştirak etmək huququ olmayan, lakin fəaliyyətdə olan prezident ədalətli və azad seçki vəd edərək MSK-ya sədr seçilir. Bundan sonra həm prezident kimi, həm də MSK sədri kimi qəbul etdiyi bütün qərarlar namizədlərdən birinin təbliğatına və maraqlarına yönəlir. Burada hansı azad və ədalətli seçkidən söhbət gedə bilər. I.Qəmbərin də QHTK-nın sədri seçildikdən sonra tərəf olması ən böyük ədalətsizlik idi. Və o tərəf oldu.
I.Qəmbər müşavirədəki çıxışında demədi ki, saxtakarlıq olmayıb, o, bizlərə irad tutdu ki, siz saxtakarlıqları açmaqla hakimiyyətin Müsavata hucum etməsinə şərait yaradırsınız. Belə çıxır ki, saxtakarlıq etmək olar, bu, nizamnaməyə uyğundur, ancaq onu dilə gətirmək olmaz, bu, nizamnaməyə və müsavatın maraqlarına ziddir.
Baş vermiş saxtakarlıqların aradan qaldırılmasını və bu saxtakarlıqları etmiş şəxslərin cəzalandırılmasını tələb edənlər xəyanətkar adlandırılır, onlara qapı göstərilir. O insanlara ki, ömürlərinin yarıdan çoxunu Müsavata həsr edib, bu yolda olmazın əzablar çəkiblər. 2003-cü ilin prezident seçkilərinə qədər bir nəfərin də belə Müsavatdan getməsinin bütün vasitələrlə qarşısını alan keçmiş başqan qurultayda səslərin təxminən yarısını yığmış Q.Ibadoğlunun tərəfdarlarına qapı göstərir.
Azərbaycan cəmiyyəti 2003-cü il prezident seçkilərinin məğlubiyyətinin səbəblərini, Müsavat partiyasınin Milli Şuradan çıxma səbəblərini və nəhayət, el arasında nufuzu sıfıra yaxın olan A.Hacılının (sıfır ona görə demirəm ki, I.Qəmbərin seçdiyini seçənlər bu rəqəmin sıfır olmasına imkan vermirlər) Müsavat partiyasının başına gətirilməsi səbəblərini araşdırmağa çox çalışacaq.
Ətraflı düşünməyə əsas verən məsələlərdən biri də A.Hacılının sonuncu dəfə həbsdən necə çıxmasıdır. Cənab Hacılı deyir ki, onu həbsxanadan bir yuksək rütbəli məmurun yanına apardılar. Onunla söhbətdən sonra isə maşınla gətirib evə düşürdülər. Həmin axşam isə əfv sərəncamı oldu. Düşünmək olar, elə deyilmi? Bütün bunlardan xəbəri olan I.Qəmbər isə Qubad bəyin tərafdarlarını hakimiyyətlə əlaqədə suçllayır.
Son müşavirənin ən ağrılı məqamı keçmiş başqanın 74 yaşlı qadının üstünə qışqırması oldu; qurultayda baş verən pozuntulardan danışmaq istəyən qadının.
Lakin I.Qəmbərin müşavirədə dediyi bir fikri ilə razıyam ki, 25 il harada idisə, indi də oradadır. Hansı statusda əyləşdiyini bilməsəm də, son müşavirədə onun sədarətdə əyləşməyi bunun subutudur.