Bir qrup fəal azərbaycanlı siyasi məhbusların şəkilləri olan köynəklərlə zirvə toplantısına qatılıblar
Polşanın paytaxtı Varşavada ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun təşkil etdiyi zirvə toplantısında Azərbaycanda siyasi məhbuslarla bağlı aksiya keçirilib. Sentyabrın 23-də əyinlərinə azərbaycanlı siyasi məhbusların şəkilləri yapışdırılmış könəklər geyən fəallar konfrans zalına daxil olublar.
Sentyabrın 22-dən başlayan toplantıda əsasən insan haqları və demokratiya məsələləri müzakirə olunur. Tədbirdə ATƏT üzvü olan ölkələrin nümayəndə heyətləri, səfirlər, QHT rəhbərləri və tanınmış diplomatlar iştirak edirlər.
Müzakirələr oktyabrın 3-ə qədər davam edəcək.
Azərbaycanda 28 insan haqları müdafiə təşkilatı və hüquq müdafiəçisinin birgə hazırladığı siyahıda 100-ə yaxın siyasi məhbus olduğu göstərilir (azadliq.org).