ABŞ və Avropa Birliyi Rusiyaya daha sərt üzünü göstərməkdədir. Qərbin tətbiq etdiyi son sanksiyaları Rusiya iqtisadiyyatını çökdürəjək sanksiyalar da adlandırmaq olar. Belə ki, Avropa Birliyi Rusiya əleyhinə növbəti sanksiyaların tətbiq edilməsi ilə bağlı konsensusa gəlib. Yeni sanksiyalara görə, Avropa Birliyi Rusiya ərazisində bütün növdən olan layihələrin maliyyələşdirilməsini dayandırır, Beynəlxalq maliyyə mərkəzlərinin və Avropa İtttifaqının Rusiyaya yönəlik bütün kreditləşdirmə əməliyyatları, eləjə də bu zamana qədər başlanmış investiya qoyuluşları dayandırılır. Bütün bunlar isə Rusiya üçün yüz milyardlarla avro itki deməkdir.
Avropa dövlət başçılarının imzalaması üçün hazırlanmış kommünikedə siyasi tələblər var. O jümlədən, Şərqi Ukraynada separatçılara verələn dəstəyin dərhal kəsilməsi və Krımın Ukraynaya qaytarılması kimi məqamlar yer alıb. ABŞ-a gəlinjə, bu ölkə sanksiyaların yeni siyahısına Rusiyanın ən önəmli şirkətlərini daxil edib. Söhbət “Vneşekonombank” “Rosneft”, “Qazprombank” kimi iqtisadi-maliyyə nəhənglərindən gedir.
Sanksiyalara imza atan Obama Rusiyaya qarşı tətbiq olunajaq addımlara münasibətdə bildirib ki, Rusiya Ukrayna ilə sərhəddə yaraqlı və silah axınının qarşısını almalıdır, separatçıların girovları azad etməsi üçün təzyiq göstərməlidir, atəşkəsə dəstək olmalı və Beynəlxalq danışıqlara qoşulmalıdır: «Məsələnin diplomatik həlli üçün bütün səylər görülür. Lakin biz Rusiyanın sərhəddə münaqişənin həllinə yönəlik sözdən çox hərəkətlərini görmək istəyirik. Bu günə olan vəziyyətə görə isə qeyd etdiyim bütün amillər Rusiya tərəfindən üçuruma yuvarlanıb. Əslində Rusiya separatçılar tərəfindən Ukraynanın müstəqilliyinin pozulmasına dəstək verməkdə davam edir”- deyə qeyd edib.
Obama sonda Ukraynadakı hadisələrdə bütün bunlara baxmayaraq proqress yaşadıqlarını da bildirib. Öz növbəsində Rusiya prezidenti Vladimir Putin sanksiyaların təsdiqini tənqid edərək “bu ikitərəfli əlaqələr dalana salır” deyə etirazını bildirib. Bəs, Rusiya ona tətbiq olunan bu jür sərt sanksiyalarla bajarajaqmı? Baş verənlər Rusiyaya hansı zərbəni vura bilər?
Vəfa Quluzadə: «Sanksiyalar həm Putin hakimiyyətini laxladajaq, həm də Rusiya iqtisadiyyatına jiddi təsir edəjək»
Politoloq Vəfa Quluzadə bildirdi ki, Putinin yürütdüyü siyasət nətijəsində Rusiya çıxılmaz duruma düşüb. Putinin rus xalqına verdiyi vədi yerinə yetirə bilmədiyini deyən V.Quluzadə qeyd etdi ki, buna baxmayaraq Putin qoşunlarını da geri çəkə bilmir: «Hazırda Putin olduqja çıxılmaz durumdadır. Hazırda hətta Rusiyanın qərar qəbul etmək imkanı da məhduddur. Sanksiyalara gəlinjə isə onlar olduqja sərtdir. Bu sanksiyalar Putin hakimiyyəti üçün sağalmaz yaralar vura bilər. Vəziyyətdən çıxış yolu yalnız Putinin Ukrayna məsələsində tutduğu mövqedən geri çəkilməkdədir. ABŞ və Avropa Birliyi Rusiyaya önjə yüngül sanksiyalar, xəbərdarlıq etməklə bir mesac verirdi. Amma Rusiya bunu nəzərə almadı. Rusiyanın siyasətinin dəyişməməsi Qərbi sərt addımlar atmağa vadar etdi. Bu sanksiyalar Rusiyaya baha başa gələjək».
Putinin SSRİ-ni bərpa etməyə çalışdığını deyən V.Quluzadə bildirdi ki, amma bu dövlət artıq ölüdür, ölünü isə diriltmək olmaz. «Sanksiyaların nətijələri çox ağır olajaq. Sanksiyalar həm Putin hakimiyyətini laxladajaq, həm də Rusiya iqtisadiyyatına jiddi təsir edəjək», deyə V.Quluzadə vurğuladı.
Məhəmməd Talıblı: «Bu sanksiyalardan sonra Rusiya iqtisadiyyatında jiddi katoklizmlər yaranajaq»
İqtisadçı Məhəmməd Talıblı isə hesab edir ki, əgər bundan əvvəl tətbiq olunan sanksiyalar Rusiyanın daxili resursları hesabına təzyiqlərə dözmək imkanı yaradırdısa, indiki sanksiyalar daha praktik və çox şaxəlidir. Hazırkı sanksiyaların Rusiyanın maliyyə bazarına, bank sektoruna sarsıdıjı zərbə vurmağa hesablandığını deyən M.Talıblı bildirdi ki, sanksiyalar qiymətli kağızlar bazarına da jiddi tsir göstərəjək: «Bu sanksiyalardan sonra Rusiya iqtisadiyyatında jiddi katoklizmlər yaranajaq.Sanksiyaların üçünjü mərhələsi daha şiddətli olajaq. Çünki hələ sanksiyaların ikinji mərhələsindən sonra Rusiyadakı nəinki xariji investorlar, yerli vətəndaşlar da vəsaitlərini banklardan geri çəkməyə başladılar. Bu isə onu göstərir ki, həm xariji investorların, həm də vətəndaşların Rusiya iqtisadiyyatından vəsaitlərini geri çəkməsi ondan xəbər verir ki, Rusiya etibarlı iqtisadi məkan deyil».
M.Talıblının fikrinjə, baş verənlərdən sonra Rusiyanın hətta özünün trans-milli korporasiyaları iqtisadiyyatı inkişaf etdirməkdə maraqlı olmayajaqlar. Bu isə Rusiya iqtisadiyyatı üçün müəyyən risk və təhlükələr yaradır. «Rusiya hakimiyyəti neft pullarını sanksiyaya qarşı tədbirlər görülməsi üçün xərjləyəjək və sanksiyaların təsirlərini mümkün qədər azaltmağa çalışajaq. Amma bu sanksiyalar ölkə iqtisadiyyatına jiddi təsir edəjək. Bu hətta o səviyyədə ola bilər ki, Rusiya özünün siyasi ambissiyalarından əl çəkə bilər», deyə M.Talıblı vurğuladı.
Xəyal