Ictimai Televiziya və Radio Yayımları Şurasının dəyişməz sədri, BDU-nun professoru, 40 ildir dayanmadan jurnalist “istehsal edən” hörmətli Cahangir Məmmədli bir quyuya daş atıb, çıxarmaq olmur. Adam ağzından bişirməmiş söz çıxarıb, o söz yiyəsiz havada qalıb. C. Məmmədli saytlardan birinin ITV-nin idarə olunması, televiziyanın ictimai maraqları qorumaması ilə bağlı sualları cavablandırarkən deyib ki, “Yaxın gələcəkdə siz Əli Kərimlini də, Isa Qəmbəri də ITV-nin efirində görə biləcəksiniz”.
Yayım Şurası fəaliyyətsiz quruma çevrilib
Məmmədlinin dediklərini ITV rəsmiləri təsdiqləməyib; “Yaxın gələcəkdə siz Əli Kərimlini də, Isa Qəmbəridə ITV-nin efirində görə biləcəksiniz qənaəti Cahangir Məmmədlinin öz fikridir” -Ictimai Televiziyının ictimaiyyətlə əlaqələr şöbəsi özlərinə yaxın saytlardan birinə belə açıqlama verib.ÿ”Hər bir rəhbər şəxsin və söz sahibinin öz fikrini müstəqil ifadə etmək səlahiyyəti var və biz də məhz bu mülahizəyə görə Cahangir Məmmədlinin fikrinə hörmətlə yanaşır və bu fikri şərh etmək fikrində deyilik”.ÿÿBunu təkzib kimi də qəbul etmək olar. Əlbət Cahangir müəllim də razılaşmadan danışdığını, əsassız mövqe bildirdiyini, Cəmil Quliyevin onunla hesablaşmaq fikrində olmadığını anladığından mediadan gələn zənglərdən qaçmaq üçün səhəri gün telefonunu qapadıb. Bəlkə də ona belə göstəriş verilib. Əslində Cahangir Məmmədli tələbələrinə öyrətdiyi jurnalist keyfiyyətlərindən özü bir balaca nümunə göstərə bilsəydi, Yayım Şurasının sədri kimi boynuna düşən məsuliyyətdən yayınmasaydı ITV rəhbərliyinin təkzibinə etiraz edər, məsələni Yayım şurasında müzakirəyə çıxarar, dediyi sözün arxasında durardı. Hətta onun haqlı fikirlərinə əks reaksiya verdiyitnə görə telekanal rəhbərliyini məzəmmət də edərdi. Amma harda? C.Məmmədli hara, yuxarılara, arxası yuxarılara bağlılara etiraz etmək hara. Yayım şurası, ITV Direktorlar şurası tələbə auditoriya deyil ha adam özünü hökmlü apara, professorluğuna güvənə.
C.Məmmədlinin fikirləri Azərbaycan rallığına dərindən bələd olan ictimaiyyət arasında da ciddi qarşılanmadı. Məsələn, uzun illər AzTV-də çalışmış media eksperti, professor Qulu Məhərrəmli həmkarının müxalifət liderləri haqda fikirlərini “o özü də buna inanmır” deyə şərh edib. Haqlı olaraq ITV-də durğunluğu, təzə direktor gələndən yaxşılığa yox, pisliyə doğru dəyişikliyi geosiyasi durumla əlaqələndirməsinə tənqidi yanaşıb. Cahangir müəllim yaxşı bilir ki, Azərbaycan Ukrayna deyil. Azərbaycan Ukrayna ola bilsəydi 2003-də, 2008-də, 2013-də olardı. 2014-də Cahangir müəllimin də itaətlə xidmət etdiyi indiki hakimiyyətə qarşı ciddi qorxu yoxdur. Professor-sədr bunu bilir, amma indilikdə ona “nala-mıxa” vurmaq sərf edir. C.Məmmədlinin müxalifətlə bağlı açıqlamalarının ciddiliyinə, və reallaşacağına müxalifət də şübhəylə yanaşır. Müsavatda müxalifətə efir verilib-verilməməsi məsələsinin C.Məmmədlinin səlahiyyətində olmadığı, bu məsələnin yuxarılardan asılı olduğu, AXCP-də səslənən fikirin səmimi olmadığı qənaətindədirlər. Tanınmış media eksperti Ələsgər Məmmədlinin fikirncə məsələnin özünün bu şəkildə qoyulması düzgün deyil. Yəni, Cahangir Məmmədlinin dediyini həyata keçirmək Ictimai televiziyanını birbaşa borcudur. Ictimai Teleradio haqqında qanuna əsaslanan ekspert deyir: “Ictimai yayım cəmiyyətdəki bütün tərəfləri balanslı şəkildə işıqlandırmalıdır. Bu gün ölkədə hökumət və ona alternativ müxalifət var. Seçki dövri bitsə belə ictimai televiziyada cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçisi kimi onların fikirlərinə, mövqelərinə hər zaman yer verilməlidir. Ictimai televiziya deyə bilməz ki, biz heç vaxt müxalifətə yer verməyəcəyik. Çünki onların belə bir səlahiyyətləri yoxdur”. “Ictimai televiziya cəmiyyətin aynası olmaq üçün yaradılmışdı. Ictimai yayım qanunla tənzimlənir və özəl yayımla müqayisə olunmamalıdır. Ancaq reallıq budur ki, Ictimai yayım son 1 ildə özəl yayımdan da geri qalır. ITV faktiki olaraq dövlət televiziyasının 4-cü qolu olaraq fəaliyyət göstərir və belə gedərsə, hesab edirəm ki, onun sonu yaxşı olmayacaq” – Ələsgər Məmmədlinin fikri belədir.
Əli Kərimli, Isa Qəmbər ITV-də görünmək istəyirmi?
Bu sayaq dartışmaların fonunda məsələnin ikinci tərəfi: AXCP sədri Əli Kərimli, Müsavat başqanı Isa Qəmbər ITV-də görünmək istəyirmi? Əlbət istəmirlər. Görünmək heç nəyi dəyişmir. Onlar görünmək yox, gördükləri işlərdən söz açmaq, fikirlərini, istəklərini xalqa çatdırmaq, əliyevlər hakimiyətinin korrupsiya və rüşvətxorluq, yerliçilik, qohumbazlıq kimi təməl strukturlarından danışmaq istəyilər. Ekranda görünmək şərt deyil. Nəyi göstərmək, necə göstərmək və nədən danışmaq şərtdir. Bir il qabaq – ITV rəhbərliyində hakimiyyət dəyişikliyindən irəli Milli Məclisdə təmsil olunan bəzi siyasi partiya rəhbərləri – məsələn, Q. Həsənquliyev, F.Mustafa, adı bitərəf deputat Rasim Musabəyov, fəal QHT təmsilçiləri arada “Aktual ekran”da beynəlxalq mövzuda, “Ortaq məxrəc”də iyirminci dərəcəli sosial mövularda söhbətlərə dəvət olunurdular. Əslində bu sayaq iştiraklar onlara heç nə vermədi, tanıtdırmadı, sevdirmədi, siyasi çəkilərini artırmadı. Indi bu imkan da əllərindən alınıb. Iş o yerə çatıb ki, Fazil bəy ANS-in “Şəbəkə” verilişində görünür. “Şəbəkə” siyasətdən uzaq, qeyri-ciddi sosial şəbəkə verilişidir. Veriliş kimi heç də pis deyil, amma ora Fazil bəydən, Aqil Abbasdan çox Hafiz Hacıyevin yeridir. Cəmil Quliyev ITV direktorluğuna gələndən AzTV standartlarına keçən televiziya yerli-köklü YAP-dan olmayanların hamısına qadağa qoyub. Hətta Milli Məclisin yığıncaqlarından hazırlanan süjetlərdə AzTV kimi ITV də onları göstərmir. Eyni çəklişdən, eyni kadrlardan, az qala eyni mətnlərdən istifadə olunur. Siyasi plüralizm, balans, alternativ fikir, siyasi tənqid, opponentlərə qarşı çıxışlar – ITV-də bunlar yolverilməzdir. Belə ITV-də görünmək Isa Qəmbərin, Əli Kərimlinin nəyinə gərəkdir. Onlar ITV-də çıxışa canlı efir şərtlərilə, siyasi proqramlarda iştiraka razı ola bilərlər. Aktual mövzularda, hakimiyyət-müxalifət münasibətlərindən danışmaq istərlər. Bu mümkün olacaqmı? Əsla. Cahangir Məmmədli, Cəmil Quliyev, hətta AzTV sədri, deputat Arif Alışanov kimdir axı Azərbaycan gerçəkliyini ekrana daşımaq istəyən müxalifət liderlərinin efir haqqını tanısın? Bu haqqı verən də I.Əliyevdir, alan da. O da buna getməz, getmək risqini göz altına ala bilməz. Ölüb bəyəm Xankişi? Indilikdə Ə.Kərimlinin, I.Qəmbərin liderlik etdiyi sərhədsiz efir, media məkanı var – internet. Internetdə YAP sədri, üzvləri, YAP-ın peyk partiyaları AXCP-yə, Müsavata yüzdə-yüz uduzur. ITV bu millətin üz tuta biləcəyi məkan deyil. ITV AzTV deməkdir, bunu ötənlərdə Milli Məclisdə Q.Həsənquliyev də dilə gətirdi. Təsiri olmadı. AzTV üzdə hakimiyyətə, arxada özünə və bağlı olduğu qurumlara çalışır. Bu hakimiyyətə AzTV-lər və onun peykləri sərf edir. Televiziya imperiyası bütünlüklə hakimiyyətin əlində, açarları Arif Alışanovun cibindədir. Əli Kərimli, Isa Qəmbər bu televiziyalarda göründü nə, görünmədi nə. Bir də, hətta ANS liderləri göstərmək nədi, adlarını belə çəkə bilmirsə AzTV-nin filialı olan ITV əksini necə edə bilər. Təklif edirəm indən belə kimsə ITV abreviaturasını açıq şəkildə yazmasın, layiq olmadığı Ictimai sözünü işlətməsin. Bundan belə ITV-nın adı IAzTV olsun.
Azad