Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinə yeni müdir təyin edilib. Prezidentin rəsmi saytında bununla bağlı ölkə başçısı İlham Əliyevin dünən imzaladığı sərəncam dərc olunub.
Bir müddət əvvəl Elnur Aslanovun çıxarılması ilə boşalan şöbə müdiri vəzifəsinə Səadət Vidadi qızı Yusifova təyin edilib.
Yusifova buna qədər Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.