Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü, siyasi məhbus Elvin Abdullayevin işi üzrə hazırlıq iclası keçirilməli idi. Lakin proses başlamamış, başa çatıb. Belə ki, saat 14:00-da məhkəmə zalına gətirilən Elvin Abdullayev, arxasını hakimlərə çevirərək etiraz etməy başlayıb. Hakimlərin bütün cəhdlərinə rəğmən, Elvin etirazını davam etdirib. Hakimlərin məhkəmə zalına toplaşanları bayıra çıxarmaqla bağlı göstərişləri də vəziyyəti dəyişməyib. Bundan sonra isə hakimlər prosesin təxirə salınması ilə bağlı qərar qəbul edib. Bu iş üzrə növbəti proses mayın 14-ü, saat 14:00-la təyin edilib.
azadliq.info