Konvoy hakimə müttəhimi şüşə qəfəsdən çıxarmağa icazə vermədi
“Azadlıq” radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə Ismayılın işi üzrə dünən Bakı Apelyasiya Məhkəməsində hazırlıq iclası başlayıb. Elman Türkoğlunun iddiası əsasında Binəqədi Rayon Məhkəməsinin hakimi Sədrəddin Hacıyevin fevralın 23-də çıxardığı qərardan verilən apelyasiya şikayəti üzrə iclasa Qail Məmmədov sədrlik edib.
Saat 15:00-a təyin edilən məhkəmə prosesi təxminən yarım saat gec başlayıb. Saat 15:30-da iclas zalına gətirilən Xədicə Ismayıl otaqdakıların alqışları ilə qarşılanıb. Lakin Xədicə Ismayılın xususi quraşdırılmış şüşə qəfəsə salınmasına vəkillər etiraz edib. Vəkillər hakimdən Xədicə Ismayılın şüşə qəfəsdən çıxarılaraq onların yanında əyləşməsini təmin etməsini istəyiblər. Lakin prosesə sədrlik edən hakim Qail Məmmədov vəkillərin tələblərinə qəribə münasibət bildirib. Hakim, Xədicə Ismayılın qəfəsdən çıxarılmasının onun səlahiyyətində olmadığını deyib: “Mən Xədicə Ismayılın şüşə qəfəsdən çıxarılmasına etiraz etmirəm, lakin onun oradan çıxarılması mənim səlahiyyətlərimə aid deyil. Ağır Cinayətlər üzrə Istintaq Idarəsində Xədicə xanımın işi araşdırılır, biz onlardan icazə alıb məhkumu bura gətirmişik, şüşə qəfəsdən çıxmağa konvoylar icazə verməlidir”. Vəkil Yalçın Imanov isə hakimə etiraz edib: “Bu işin icra olunması üçün yeganə səlahiyyətli şəxs sizsiz. Ittihamçı və nümayəndəsi iclasa gəlməyib, prosesin davam etdirilib-etdirilməməsini Xədicə xanımla müzakirə etməliyik, indi biz neyləyək, him-cimlə danışaq?” Vəkillərin tələbini öz aralarında müzakirə edən konvoylar isə Xədicə Ismayılı qəfəsdən çıxarmaq üçün səlahiyyətli olmadıqlarını bildiriblər. Beləliklə, Xədicə Ismayıl vəkillərin tələblərinə baxmayaraq, şüşə qəfəsdən çıxarılmayıb.

Xüsusi ittihamçı Elman Türkoğlunun məhkəməyə gəlməməsi isə vəkil Yalçın Imanov və Fariz Namazlının vəsatət qaldırmasına səbəb olub. Vəkil Yalçın Imanov Türkoğlunun bu işdə marağı olduğunu, bu baxımdan onun prosesdə iştirakının zəruririliyini qeyd edib: “Biz, prosesin gedişi zamanı müxtəlif vəsatətlərlə çıxış edəcəyik, ona görə də xüsusi ittihamçının bu vəsatətlərə münasibət bildirməsi vacibdir”. Hakim 5 dəqiqəlik fasilə verib vəkillərin Xədicə Ismayılla məsləhətləşməsinə imkan yaradıb. Vəkillər şüşə qəfəsdə Xədicə xanımla müzakirə aparıb. Xədicə Ismayıl vəkillərin vəsatətini dəstəklədiyini bildirib: “Mənim haqqımda qərarı Binəqədi məhkəməsinin hakimi Sədrəddin Hacıyev Bakı Istintaq Təcridxanasında iştirakım olmadan verib. Eyni qanunsuzluğun ittihamçıya qarşı da baş verməsini istəmirəm”.
Yerində müşavirə edən məhkəmə heyəti vəkillərin prosesin ittihamçı tərəfin iştirakıyla keçirilməsi barədə vəsatətini təmin edərək iclası təxirə salıb. Bu iş üzrə növbəti proses 28 aprel, saat 15:00-a təyin olunub.