ABŞ paytaxtı Vaşinqtonda Amerika Azərbaycanlıları Demokratiya Uğrunda (AZAD) təşkilatı forum keçirib. “ABŞ-ın sanksiyaları Azərbaycan dissidentlərinə kömək edə bilərmi?” adı ilə keçirilən tədbirdə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç, “Freedom House” təşkilatının keçmiş rəhbəri, hazırda Makkeyn İnstutunda insan hüquqları və demokratiya üzrə baş direktor vəzifəsini tutan David Kramer, eləcə də AZAD təşkilatının prezidenti Elmar Şahtaxtinski və vitse-prezidenti Qorxmaz Əsgərov çıxış ediblər. Tədbirdən sonra David Kramer və Elmar Şahtaxtinski “Amerikanın səsi”nə danışıblar.