Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli Moderator.az-a açıqlamasında hakimiyyət və Müsavat arasında dialoqun mümkünlüyünə diqqət çəkib. Lakin M.Hacıbəylinin fikrincə, bunun üçün ilk növbədə siyasi məhbuslar azad edilməli, demokratik sistemin qurulması istiqamətində konkret addımlar atılmalıdır:
“Dövlətimizin mənafeyi ilə bağlı məsələlərdə qeyd-şərtsiz dialoqa hazır olduğumuzu əməlimizlə sübut etmişik… Məsələn, Ramil Səfərov məsələsinə görə təşkil edilən dəyirmi masaya Müsavat qatılmışdı. Yenə bu tipli real təkliflər olarsa, müzakirə edib qərar verəcəyik. Əgər hakimiyyət siyasi məhbusları azad etsə və demokratik sistemin qurulması istiqmaətində real addımlar atsa, hesab edirəm ki, hakimiyyətlə Müsavat arasında istənilən mövzuda açıq dialoq mümkündür”.