Havel Sülh Mükafatı azərbaycanlı vicdan məhbusuna verildi
Sentybarın 29-da Vaslav Havel Sülh Mükafatının bu ilki qalibi elan olunub. Mükafat azərbaycanlı vicdan məhbusu, Seçkilərin Monitorinqi və Demokratiyanın tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədliyə verilib.
Mükafatın məbləği 60 min avrodur. Onu AŞPA, Praqa Havel Kitabxanası və Charta 77 Fondu birlikdə təsis edib.
2014-cü il Havel Sülh Mükafatına 3 namizəd var idi – Azərbaycandan Anar Məmmədli, İsraildən İnsan Haqları İnformasiya Mərkəzi və Maltadan Yezuit Qaçqın Xidməti.
Oktyabrın 1-də isə Praqada “İnsan Haqları 25 İildən Sonra” adı altında beynəlxalq konfrans başlanır.