Azərbaycanda siyasi məhbuslarla bağlı Hollandiyada yaşayan bir qrup azərbaycanlı mühacir Amsterdamda aksiya keçiriblər. Əllərində siyasi məhbusların şəkillərini tutan mühacirlər ağızlarını qara yapışqanla bağlayaraq fləş-mob təşkil ediblər. Aksiyanın təşəbbüsçülərindən olan Orduxan Teymurxan oğlu “azerbaycansaati.com”a bildirib ki, bu cür aksiyaları tez-tez keçirəcəklər. O. Teymurxanoğlu vurğulayıb ki, bütün mühacirlər yaşadıqları ölkələrdə bu cür aksiyaları təşkil etməlidirlər.
Xatırladaq ki, sentyabrın 24-də Avropadakı siyasi mühacirlər siyasi dustaqlarala bağlı ümumi etiraz aksiyası keçirməyə qərar veriblər.