Hikmət Hacızadə: «Demokratiyanın qanunu odur ki, heç kim əbədi olaraq vəzifədə qalmamalıdır, gərək dəyişsin»
“Müsavat Partiyasının qurultayının keçirilməsi vacibdir” – bunu Müsavat Partiyasının Məclis üzvü Hikmət Hacızadə deyib. H.Hacızadə partiyanın bəzi üzvlərinin qurultayın parlament seçkilərinə qədər təxirə salınması barədə fikirləri ilə razılaşmayıb.
O qeyd edib ki, partiyada yenilənmə olmalıdır: “Qurultayı keçirmək lazımdır. Qurultayda yeni başqan seçiləcək, partiyanın sənədlərinə baxılacaq, yeni Divan formalaşacaq. Demokratiyanın qanunu odur ki, heç kim əbədi olaraq vəzifədə qalmamalıdır, gərək dəyişsin”. H.Hacızadə başqanlığa namizəd olmayacağını da deyib. Kimin namizədliyini dəstəkləyəcəyinə gəlincə isə, H.Hacızadə bu barədə qərarını qurultay ərəfəsində açıqlayacağını bildirib(apa).